Kimlər qrip peyvəndi vurdurmamalıdır?
"Səhiyyə Nazirliyi tərəfindən Azərbaycana gətirilən vaksinin ölkəmizdə geniş tətbiqinə başlanılacaq".
Adalet.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.
"Bu vaksinin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təhlükəsizliyinə zəmanət verilib. Fransada istehsal edilib və dünyada ən çox istifadə edilən vaksindir. Valideynlər tam əmin şəkildə körpələrini vaksin etdirə bilərlər. Xüsusən, 6 ayından sonra körpələr mütləq vaksin edilməlidir. Uşaqlarda xəstəliyin ağır gedişi, hətta pnevmoniya müşahidə edilir. Uşaqların immun sistemi tam formalaşmadığı üçün qripə tez yoluxur. 6 ayından etibarən uşaqlara vaksin vurulması tövsiyə olunur", - o bildirib.
Zakir Quliyev qeyd edib ki, xəstəlik zamanı qrip əleyhinə peyvənd vurdurmaq tövsiyə olunmur: “Xəstəlik tam sağalıb simptomlar gedəndən sonra vaksin vurdurmaq olar. Bu günə qədər vaksinlərdən ciddi əks-təsir aşkarlanmayıb. Yüngül təsirlər - qızartı, temperatur və s. ola bilir. Bundan əlavə, allergiyası, xüsusən də yumurtaya qarşı allergiyası olan insanlara qrip əleyhinə vaksin vurdurmaq tövsiyə edilmir”.
Digər Xəbərlər
15 Noyabr 2025 08:28
Damarları tıxananlar bu qidalardan imtina etsin!
14 Noyabr 2025 19:31
Ürək üçün faydalıdır deyə ovuc-ovuc yeyirdi - qaraciyəri məhv edirmiş
14 Noyabr 2025 16:52
"Elit" də 15 manat, başqa aptekdə 6 manat...
14 Noyabr 2025 11:55
Dana əti basdırmasında at DNT-si aşkarlandı
13 Noyabr 2025 10:38
Uzunmüddətli reabilitasiya tələb edən travmalar – Nazirliyin mütəxəssisi aydınlıq gətirir
13 Noyabr 2025 10:37
Travmadan sonra reabilitasiya vacibdirmi? - Mütəxəssisindən cavab
12 Noyabr 2025 11:23
“Qadınların ilk narkotik istifadəsinin 45-60 faizi intim münasibət içərisində baş verir”
11 Noyabr 2025 10:58


Bakı -°C

