İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır
Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə və təlimlər başlanır.
Mərkəzdən Adalet.az-a bildirilib ki, müsahibələrə noyabrın 20-dək DİM-in saytında qeydiyyatdan keçmiş 690 namizəd dəvət olunacaq.
Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən aparılacaq müsahibələr DİM-in inzibati binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299) və regional bölmələrində təşkil olunacaq.
Müsahibənin vaxtı və yeri namizədin öz anketində qeyd etdiyi elektron poçt və ya mobil telefon nömrəsi vasitəsilə bildirilir.
Müsahibəyə gələrkən aşağıda qeyd olunan sənədlər təqdim edilməlidir:
- Şəxsiyyət vəsiqəsi və surəti;
- Buraxılış rejimini aparan əməkdaşın anketi (dim.gov.az saytında (https://eservices.dim.gov.az/muhafize_qeyd/userlogin.aspx) elektron anket təsdiq etdikdən sonra çap edilərək namizəd tərəfindən imzalanır);
- İş yerindən arayış (iş yeri olduğu halda);
- Anketində qeyd etdiyi bank rekvizitləri (rekvizitlərin aid olduğu bankdan möhürlü kağız formasında alınmalıdır);
- Təhsil haqqında sənədin əsli və surəti;
- Məhkumluğun olmamasına dair arayış (“ASAN xidmət” mərkəzlərində ödənişsiz əldə edilir).
Təqdim edilmiş məlumatlar müvafiq dövlət qurumlarının elektron informasiya bazalarında yoxlanılacaq və hər hansı uyğunsuzluq aşkar edilərsə, namizədin müraciəti ləğv olunacaq.
Müsahibədən uğurla keçən şəxslər müvafiq təlimə cəlb olunacaq.
Müsahibə və təlimlər ödənişsizdir.
Digər Xəbərlər
18 Yanvar 2026 13:53
Valideyn gözü ilə Polis Akademiyası: gələcəyə açılan qapı - FOTOLAR
16 Yanvar 2026 11:17
Eksternat imtahanı keçiriləcək
16 Yanvar 2026 10:14
Polis Akademiyası işə qəbul elan edir
12 Yanvar 2026 17:41
Növbəti tədris ili üzrə Dövlət Proqramının əhatə etdiyi universitet və proqramların siyahısı
10 Yanvar 2026 13:35
Təhsil sənədləri “mygov” üzərindən təqdim olunacaq
09 Yanvar 2026 12:37
Azərbaycanda kağız formada diplomlar verilməyəcək - YENİLİK
08 Yanvar 2026 20:51
Bu təhsil idarəsinə yeni sektor müdiri təyin edildi
08 Yanvar 2026 15:24


Bakı -°C

