adalet.az header logo
  • Bakı -°C
03 Mart 2026 12:07
100
GÜNDƏM
A- A+

"İnam Kərimov ən azından Baş nazirin yanında oturmalı idi" - Deputat

"26 fevralda Baş nazir İqtisadi Şuranın iclasını keçirdi və orada məhkəmə, hüquq sferasına dair məsələlər də müzakirə mövzusu oldu. Məni Ali Məhkəmənin sədrinin oturdulduğu yer təəccüb və təəssüfləndirdi. Bunun özü də cəmiyyət üçün mesajdır".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

"Ali Məhkəmənin sədri məhkəmə hakimiyyətinin başında duran şəxsdir. Nazirlər Kabinetinin tərkibinə daxil olmayan şəxsdir. Ən azından Baş nazirin yanında oturmalı idi. Amma nazirlərin arasında oturdulmuşdu. Bu yaxşı təəssürat yaratmırdı. Görünür düşünürlər ki, İnam müəllim hələ də kənd təsərrüfatı naziridir", - deyə deputat bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimovdur.