"İnsanlara xəstə heyvan verirlər, 3 gün sonra ölür" - Siyavuş Novruzov

"Özünüməşğulluq proqramının həyata keçirilməsinin mexanizmində çox böyük nöqsanlar var".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, xəstə heyvanları insanları verirlər: "Belə ki, qapıdan ancaq həyətə daxil olur. Bundan 3 gün sonra ölür. Bunun da bir dəfə almaq şansı var, bunu da etirir. Bir mobil telefonu alanda ona 1 illik zəmanət verilir. Kəndçiyə özünü təmin etmək üçün 2 inək vermisənsə, bunu bir illik sığortalayın. Heç olmasa 3 aylıq qidasın verin. Həmin şəxs bunu kefdən yox, ehtiyacdan alır", - deyə deputat bildirib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə cavabında qeyd edib ki, təqdim olunan heyvanlarla bağlı araşdırılmamış məlumatlar verilməsin: "Təqdim olunmuş heyvanlarla bağlı AQTA-nın xəstəlik, sağlamlıq arayışları olur".
Digər Xəbərlər

ADY gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

“Azərsun Holdinq” Qurban bayramında minlərlə ailəyə bayram sovqatı hədiyyə edib

Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda ailələrə qurban payları çatdırılıb
