İntensiv yağış yağacaq

Bakıda və Abşeron yarımadasında yanvarın 22-si axşamdan 23-ü səhərədək arabir yağış yağacağı gözlənilir.
Adalet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimal olunur.
Azərbaycanın bəzi rayonlarında yanvarın 23-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Əsasən şərq rayonlarında isə yağıntının qısamüddətli intensivləşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.
Digər Xəbərlər

Polis ikitəkərli nəqliyyat sürücülərinə xəbərdarlıq edib - FOTO/VİDEO

Dənizkənarı ərazilərdə çirklənməyə qarşı polis nəzarəti gücləndirilib

Səhiyyə Nazirliyi işğaldan azad edilmiş ərazilərin sakinlərinin sağlamlığına qayğını gücləndirir - FOTOLAR
