Tramp Ərdoğandan nəyi xahiş edəcək? - "Bilirəm ki, yerinə yetirəcək"
Vaşinqton Türkiyədən husilərin "Ənsar Allah"a qarşı hərbi əməliyyatlara qoşulmasını istəyə bilər.
Adalet.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.
Müxbirlər Amerika liderindən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan Husilərə qarşı əməliyyatı dəstəkləməsini istəmək niyyətində olub-olmadığını soruşublar.
"Mən bunu edə bilərəm. Bildiyiniz kimi, o mənim yaxşı dostumdur. Türkiyə Prezidentinə böyük hörmətim var. Düşünürəm ki, Prezident Ərdoğan mənim xahişimi yerinə yetirəcək", - deyə Tramp cavab verib.
Lakin Amerika Prezidenti Türkiyə liderinə artıq belə bir xahiş edib-etmədiyini və ya Türkiyənin əməliyyatda iştirakı ehtimalının müzakirə olunub-olunmadığını deməyib.
Digər Xəbərlər
13 Oktyabr 2026 21:15
İran səfirindən "Sahar Azəri"nin yaydığı görüntülərə REAKSİYA
13 Oktyabr 2026 18:30
Ağ Ev: ABŞ Venesueladakı neft ehtiyatlarının böyük hissəsinə nəzarət edir
13 Oktyabr 2026 17:58
Roma Papası xəstəxanaya yerləşdirildi
13 Oktyabr 2026 11:15


Bakı -°C

