Mirziyoyev Bakıda AQEM sammitində iştirak edəcək
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 14-15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) yeddinci sammitində iştirak etmək üçün Bakıya səfər edəcək.
Adalet.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin məlumatında bildirilib.
Sammitdə region ölkələrinin liderləri Asiyada təhlükəsizlik, iqtisadi əməkdaşlıq və nəqliyyat əlaqələrinin inkişafı məsələlərini müzakirə edəcəklər.
Sammitə Azərbaycan sədrlik edəcək. Tədbirdə əsas diqqət qitədə etimadın, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, həmçinin AQEM-in institusional inkişafının davam etdirilməsinə yönəldiləcək.
İştirakçılar, həmçinin nəqliyyat əlaqələri, rəqəmsallaşma və dayanıqlı iqtisadi artım sahələrində praktiki əməkdaşlıq məsələlərini müzakirə edəcək, əsas regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparacaqlar.
Sammitin yekununda Bakı Bəyannaməsinin və təşkilatın rolunun gücləndirilməsinə, fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş qərarlar paketinin qəbul ediləcəyi gözlənilir.
AQEM 1992-ci ildə Qazaxıstanın təşəbbüsü ilə Asiyada dialoqun və əməkdaşlığın təşviqi, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə çoxtərəfli forum kimi yaradılıb. Hazırda təşkilat 28 üzv dövlətdən ibarətdir.
Digər Xəbərlər
13 Oktyabr 2026 19:00
Niderlandın XİN rəhbəri Azərbaycana gələcək
13 Oktyabr 2026 18:12
Prezidentin sosial şəbəkə hesablarında həmkarının səfəri ilə bağlı video paylaşıldı
13 Oktyabr 2026 18:06
Milli Məclisdə bu məsələlər müzakirə ediləcək
13 Oktyabr 2026 17:26
Sadır Japarov sabah Azərbaycana səfər edəcək
13 Oktyabr 2026 17:10
Qara və Azov dənizlərində gəmilərdə işləməkdən çəkinin - XİN-dən çağırış
13 Oktyabr 2026 17:02
Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupu Bəyanat yaydı
13 Oktyabr 2026 15:35
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNİB
13 Oktyabr 2026 14:48


Bakı -°C

