İqtisadi Şuranın növbəti iclası keçirildi - FOTOLAR
Bu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.
Adalet.az xəbər verir ki, iclasın gündəliyində Azərbaycanda neft-qaz və neft-kimya sənayesinin inkişafı, o cümlədən, neft emalı və neft-kimya infrastrukturunun modernləşdirilməsi və gələcək inkişaf perspektivləri və cari iqtisadi məsələlər ətraflı müzakirə olunub.
Gündəlikdə olan məsələlər ilə bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəfin geniş məruzəsi dinlənilib. Təqdim olunan məsələyə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər və təkliflərini bildiriblər. Sonra cari məsələlər ilə bağlı Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Mətin Eynullayev çıxış edib.
İclasın yekununda qərarlar qəbul olunaraq Azərbaycan İnvestisiya Holdinqinə, SOCAR-a və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Digər Xəbərlər
14 Noyabr 2026 15:19
Saatlıq minimum əməkhaqqı tətbiq ediləcək - Maaşlar artacaq
13 Noyabr 2026 14:30
Azərbaycan ilə Ermənistan arasında hansı məhsullar üzrə ticarət qurulub? – Millət vəkili açıqladı
13 Noyabr 2026 11:00
“Aqrar sektorun yükü artacaq, xərclər çoxalacaq və ziyanla işləmə başlayacaq”
13 Noyabr 2026 09:23
Azərbaycan yeni qaz yataqları kəşf edib
12 Noyabr 2026 21:57
Azərbaycan və Ermənistanın elektrik şəbəkələri birləşdirilə bilər
12 Noyabr 2026 21:56
Azərbaycan ərazisindən Ermənistana daşınan yükün miqdarı açıqlandı
12 Noyabr 2026 11:47
“Bu, hüquqi sabitlik və iqtisadi azadlıqların möhkəmlənməsi ilə birbaşa bağlıdır”
12 Noyabr 2026 10:11


Bakı -°C

