Qara və Azov dənizlərində gəmilərdə işləməkdən çəkinin - XİN-dən çağırış
Azərbaycan Xarici İşlər Nazirliyi bir daha vətəndaşları hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən çəkinməyə çağırıb.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Qara dənizdə Bolqarıstan sahili yaxınlığında Azərbaycan vətəndaşlarının olduğu gəminin vurulması ilə bağlı yerli medianın sualına cavabında qeyd edilib.
"Bir daha Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, bu ərazilərdə, habelə riskli marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırırıq", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Qara dənizdə Bolqarıstan sahili yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu "CHELSEA-3" adlı xarici yük gəmisi hücuma məruz qalıb, 15 nəfərdən ibarət gəmi heyətində olan 8 nəfər vətəndaşımızın hamısı xilas edilib.
Digər Xəbərlər
13 Oktyabr 2026 17:26
Sadır Japarov sabah Azərbaycana səfər edəcək
13 Oktyabr 2026 17:02
Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupu Bəyanat yaydı
13 Oktyabr 2026 15:35
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNİB
13 Oktyabr 2026 14:48
Azərbaycan və Laos arasında bu şəxslər viza tələbindən azad edilir
13 Oktyabr 2026 13:59
YAP-dan Ərdoğanın baş müşavirinin fikirlərinə MÜNASİBƏT
13 Oktyabr 2026 13:54
İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
13 Oktyabr 2026 13:37
Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı
13 Oktyabr 2026 13:07


Bakı -°C

