15 Oktyabr 2024 11:45
183
SAĞLAMLIQ

İntoksikasiyanı azaltmaq üçün bu qidalar qəbul edilməlidir - Təyyar Eyavazov

“İnsan ilboyu sağlam həyat tərzinə əməl etməli və sağlam qidalanmalıdır”. 

Adalet.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlayıb. 

Onun sözlərinə görə, fəsli respirator virus infeksiyaları zamanı orqanizmdə baş verən intoksikasiya zamanı iştaha azalır:

“Bu səbəbdən də insanın qida qəbulu çətinləşir. Belə olan hallarda intoksikasiyanı azaltmaq üçün bol maye və asan həzm olunan qidalar qəbul etmək lazımdır. Həddən artıq qıcıqlandırıcı, duzlu, istiotlu, ədvalı, yağlı, qızardılmış qidalar və s. tövsiyə olunmur”.