16 Oktyabr 2024 12:24
137
SAĞLAMLIQ

Tovuzda dönərdən zəhərlənən 21 nəfərin SON DURUMU - YENİLƏNİB

Oktyabrın 14-15-də müxtəlif saatlarda ümumilikdə 21 nəfər olmaqla zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Adalet.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib:

"Hazırda xəstəxananın Yoluxucu xəstəliklər şöbəsində 7 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxş qiymətləndirilir. Digər şəxslər isə ambulator müalicə üçün evə buraxılıb".

*** 

Oktyabrın 15-də 18 nəfərin Tovuz rayonunda fəaliyyət göstərən iaşə obyektindən alıb qəbul etdikləri dönərdən zəhərlənmələri şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət etmələri faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Adalet.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə həmin iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

 

***

Tovuzda dönərdən zəhərlənmə faktı qeydə alınıb.

Adalet.az-ın unikal-a istinadən məlumatına görə, Tovuzun Qovlar şəhərində yaşayan 18 nəfər ötən gün zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.

Onların Qovlardakı dönərxanadan dönər alaraq yedikləri və qidadan zəhərləndikləri bildirilir.

Zəhərlənən şəxslər bunlardır:

Qovlar şəhər sakinləri

2001-ci il təvəllüdlü Lamiyə Elşad qızı Məmmədova;

1995-ci il təvəllüdlü Maarif Arif oğlu Məmmədov;

1984-cü il təvəllüdlü Coşqun Ağaverdi oğlu Nəsibov;

2022-ci il təvəllüdlü Tunar Ağaverdi oğlu Əhmədov;

2021-ci il təvəllüdlü Milay Elvin qızı Quliyeva;

1995-ci il təvəllüdlü Nərmin Nizami qızı Quliyeva.

İbrahimhacılı kənd sakinləri

1980-ci il təvəllüdlü Aqil Dilqəm oğlu Alıyev;

2015-ci il təvəllüdlü Eldar Vüsal oğlu Hüseynov;

2012-ci il təvəllüdlü Xəyal Eldar oğlu Hüseynov;

1966-cı il təvəllüdlü Gülnarə Həsən qızı Səfərova;

1986-cı il təvəllüdlü Aqil Cəmaləddin oğlu Səfərov.

Köhnəqala kənd sakinləri

2011-ci il təvəllüdlü Rahib İlqar oğlu Ələsgərli;

2013-cü il təvəllüdlü Fərid Tahir oğlu Mirzəyev;

2011-ci il təvəllüdlü Emil Tahir oğlu Mirzəyev.

Alakol kənd sakini

1986-cı il təvəllüdlü Turanə Yolçu qızı Mirzəyeva;

Əyyublu kənd sakini

1985-ci il təvəllüdlü Nail Mehdi oğlu Qasımov;

Gəncə şəhər sakinləri

2007-ci il təvəllüdlü Xəyalə Ağasəf qızı Sadıqova;

2002-ci il təvəllüdlü Nərminə Arif qızı Məmmədova.

Xatırladaq ki, bir neçə gün əvvəl  Qazaxda da 18 nəfər dönərdən zəhərlənib.