İqtisadi Şura 2025-ci və növbəti 3 il üzrə büdcə layihələrini müzakirə etdi
Bu gün İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə qurumun növbəti iclasında 2025-ci və növbəti 3 il üzrə dövlət və icmal büdcələrinin layihələri müzakirə edilib.
Adalet.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bundan başqa, məlumata görə, iclasda dünya iqtisadiyyatının inkişaf meylləri, büdcə proqnozlarında istifadə olunan əsas fərziyyələr, mövcud iqtisadi vəziyyət və 2024-2028-ci illər üzrə yenilənmiş makroiqtisadi proqnozlar, büdcə qaydasının parametrləri üzrə hədəf göstəriciləri, 2025-2028-ci illərdə büdcə siyasətinin əsas istiqamətləri, Qarabağ və Şərqi Zəngəzurun yenidənqurulması və bərpası ilə bağlı xərclərin maliyyələşdirilməsi və Böyük Qayıdış Proqramının təmin edilməsi, Ortamüddətli Xərclər Çərçivəsi və nəticə əsaslı büdcə mexanizminin tətbiq olunduğu sahələr, makroiqtisadi və maliyyə sabitliyi sahəsində cari vəziyyət və siyasət istiqamətləri və digər cari məsələlər ətraflı müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziri Samir Şərifovun, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin məruzələri dinlənilib.
İclasın yekununda İqtisadi Şura üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla 2025-ci ilin büdcə zərfinə daxil olan bütün sənəd və məlumatların ölkə Prezidentinə təqdim edilməsi üçün Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Digər Xəbərlər
13 Fevral 2026 22:19
Beş min manatdan çox pensiya alanların...
13 Fevral 2026 12:44
Azərbaycanda yeni vergi güzəştləri tətbiq ediləcək
13 Fevral 2026 12:30
Azərbaycanda elektron ticarətlə bağlı yeni qayda
13 Fevral 2026 12:21
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
13 Fevral 2026 10:17
“Rusiya neftinin Hindistana idxalı daha sərfəli olaraq dəyərləndirilir”
12 Fevral 2026 15:05
Azərbaycanın icmal büdcəsinin yanvardakı gəlirləri və xərcləri
12 Fevral 2026 11:36
“Azərbaycanda rəqəmsal sektorun həcmi 3.3 milyard manatdır...”
12 Fevral 2026 10:17


Bakı -°C

