adalet.az header logo
  • Bakı -°C
22 Iyul 2026 09:51
81
DÜNYA
A- A+

"İran ABŞ ilə danışıqlara ciddi yanaşmır" - Rubio

ABŞ dövlət katibi Marko Rubio Tehranı Vaşinqtonla danışıqları ciddiyə almamaqda günahlandırıb. 

Adalet.az xəbər verir ki, o, bu barədə  Manilada keçirilən ASEAN Xarici İşlər Nazirlərinin görüşündə bildirib. 

"Hazırda üzləşdiyimiz problem onların (İran tərəfinin) danışıqlara ciddi yanaşmamalarıdır. Əgər onlar ciddidirlərsə, biz də ciddiyik. Əgər onlar ciddi deyillərsə, onda öz maraqlarımızı və müttəfiqlərimizin maraqlarını qorumaq üçün lazım olan hər şeyi edəcəyik", - deyə Rubio bildirib. 

Onun sözlərinə görə, ABŞ diplomatiyaya sadiq qalır.