İran-Azərbaycan sərhədində əməliyyat keçirildi
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən Adalet.az-a verilən məlumata görə, may ayının 23-də saat 00:20 radələrində DSX Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində 1 nəfər naməlum şəxsin İran-Azərbaycan istiqamətində hərəkət edərək mühəndis çəpərinə yaxınlaşması və dərhal geri qayıtması ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən müşahidə olunub.
Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, qeyd olunan ərazi qapadılıb və nəzarətə götürülüb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 01:40 radələrində Cəbrayıl-Horadiz avtomagistral yolunun yaxınlığında sərhədboyu ərazidə yüksək surətlə hərəkət edən qara rəngli “Mersedes E 190” markalı 90-DJ-159 dövlət nömrə nişanlı avtomobil şübhə doğurduğu üçün saxlanılıb.
Füzuli rayon sakini 1987-ci il təvəllüdlü Məmmədov Nahid Şirzad oğlunun idarə etdiyi avtomobilə baxış zamanı 2 ədəd bağlamanın içərisində təxmini çəkisi 11 kiloqram 885 qram narkotik vasitə “marixuana”yabənzər maddələr və 5 ədəd “Millionaire” markalı spirtli içkilər aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər
19 Dekabr 2025 12:19
Ticarət mərkəzində pirotexniki vasitələr satılan anbar aşkarlanıb - VİDEO
19 Dekabr 2025 11:49
Narkotikin təsiri altında maşın sürən şəxs tutulub
19 Dekabr 2025 11:47
Bu il narkotiklə bağlı 441 cinayət faktı aşkarlanıb
19 Dekabr 2025 10:18
Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanıldı
19 Dekabr 2025 09:59
“Dedi ki, barışmaq istəyirəm uşaqlarım tək qalıb” - Qusardakı qətlin detalları + VİDEO
18 Dekabr 2025 18:29
3 uşaq anası qayçı ilə qətlə yetirilibmiş - VİDEO
18 Dekabr 2025 12:42
Qusarda qadın əri tərəfindən öldürüldü - YENİLƏNİB
18 Dekabr 2025 11:13


Bakı -°C

