adalet.az header logo
  • Bakı -°C
08 May 2026 15:50
225
DÜNYA
A- A+

"İran heç vaxt təzyiq qarşısında boyun əymir" - Əraqçi

"Hər dəfə diplomatik həll yolu masada olanda ABŞ ehtiyatsız hərbi avantürizmi seçir". 

Adalet.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi özünün X səhifəsində yazıb.

"Bu, kobud təzyiq taktikasıdır, yoxsa ABŞ prezidentini yenidən yeni bir bataqlığa sürükləyən başqa bir qeyri-sabitləşdirici fəaliyyətin nəticəsidir? Səbəbləri nə olursa olsun, nəticə eynidir: iranlılar heç vaxt təzyiq qarşısında boyun əymirlər", - deyə Əraqçi qeyd edib. 

Xatırladaq ki, daha əvvəl ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazından keçən Amerika esminetslərinə edilən hücumlara cavab olaraq İran hərbi obyektlərinə zərbələr endirildiyini açıqlamışdı.