İran iki fransız diplomatı “persona non grata” elan etdi
İran Tehrandakı Fransa səfirliyində çalışan iki fransız diplomatı “persona non grata” (arzuolunmaz şəxs”) elan edib və onların ölkəyə girişini qadağan edib.
Adalet.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, diplomatlar milli təhlükəsizliklə bağlı araşdırma zamanı gizli görüş yerində yaxalanıb.
Tehran onların beynəlxalq hüququ, xüsusilə də 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını pozan fəaliyyətlər və qanunsuz davranışlarda iştirak etdiyini bildirib.
Qeyd edilib ki, hadisə ilə bağlı məlumatların ortaya çıxmasından bir neçə həftə keçməsinə baxmayaraq, Fransa hökuməti bu cür fəaliyyətlərin təkrarlanmaması üçün lazımi tədbirlər görməyib.
Bu səbəbdən İran Xarici İşlər Nazirliyi iki diplomatı “persona non qrata” elan etmək və onların İrana girişini qadağan etmək qərarına gəlib.
Qeyd edək ki, İran Kəşfiyyat Nazirliyi avqustun 15-də yaydığı açıqlamada iki fransız diplomatın milli təhlükəsizlik araşdırması çərçivəsində gizli görüş yerində saxlanıldığını bildirib.
Nazirlikdən qeyd edilib ki, hadisə yerində ələ keçirilən sənəd və materiallar İranın daxili işlərinə müdaxilə və ölkəyə təsir göstərməyə yönəlmiş genişmiqyaslı planın mövcudluğuna işarə edir.
İran tərəfi həmçinin bəzi sənədlərdə Fransanın Tehrandakı keçmiş səfirinin imzasının aşkarlandığını iddia edib.
Digər Xəbərlər
19 Avqust 2026 11:52
Ukraynada məmurların evində axtarış aparılır
19 Avqust 2026 11:49
Türkiyədən 7 ayda 113 milyon barel BTC nefti nəql olunub
19 Avqust 2026 11:37
Əli Abdullahi XƏBƏRDARLIQ ETDİ
19 Avqust 2026 11:13
Axtarışda olan şəxs damda yatarkən həbs edildi - VİDEO
19 Avqust 2026 11:02
Sutka ərzində Zaporojyeni 1000 dəfədən çox atəşə tutdular
19 Avqust 2026 10:45
Həmin aerodroma hücumu İsrail həyata keçirib
19 Avqust 2026 10:36
Ərəbistandakı vətəndaşlarını dilənçilik etməməyə çağırdı
19 Avqust 2026 10:00


Bakı -°C

