İran lideri Rusiyada Putinlə saziş imzalayacaq

Rusiya Federasiyasının prezidenti Vladimir Putin yanvarın 17-də Rusiyaya rəsmi səfərə gələcək İran prezidenti Məsud Pezeşkianla danışıqlar aparacaq.
Adalet.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
İki lider arasında söhbətin mövzularının ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri, o cümlədən ticarət və investisiya, nəqliyyat, logistika və humanitar sahələr, habelə regional və beynəlxalq gündəlikdəki aktual məsələlər olacağı gözlənilir.
Bundan əlavə, Kreml görüşün sonunda Putinin İran prezidenti ilə Hərtərəfli Tərəfdaşlıq Sazişi imzalayacağını açıqlayıb: "Vladimir Putin və Məsud Pezeşkian Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalayacaq, həmçinin mediaya açıqlamalar verəcək".
Digər Xəbərlər

Azərbaycanın suverenliyini tanımadan Ermənistanın suverenliyindən danışmaq olmaz

"Sülh sazişi ratifikasiyadan sonra qüvvəyə minəcək" - Nazir

ABŞ-ın Rusiyanın irəliləməsinə qarşı addımı: GLSDB

İran Azərbaycanla Ermənistan arasında sülh sazişi haqqında razılaşmanı alqışlayıb

"Ərdoğanla görüşü çox mühüm nailiyyət hesab edirəm" - Paşinyan

Makron sülh sazişinin mətni üzrə razılaşmanı ALQIŞLADI

Paşinyandan müzakirəsi yekunlaşan sülh sazişi ilə bağlı AÇIQLAMA
