İran lideri yenə “Heydərbabaya salam” şeirini dedi: Türkçülər və farsçılardan reaksiya
Türklərin farsçı, farsların türkçü kimi dəyərləndirdiyi İran prezidenti Məsud Pezeşkian növbəti dəfə farsçıları pərt edib, türkçüləri sevindirib
Adalet.az xəbər verir ki, İran lideri məşhur Azərbaycan şairi, böyük təbrizli Şəhriyarın “Heydərbabaya salam” şeirindən bir neçə bənd deyib.
Beləki, bu maraqlı olay Məsud Pezeşkian aprelin 16-da İran Radio və Televizyasının konqres zalında keçirilən “İran qəhrəmanı” adlı tədbirdə çıxış edərkən baş verib. Ən maraqlısı da o olub ki, tədbir iştirakçılarının bir qismi Pezeşkianinin “Heydərbabaya salam”ın oxumasına etiraz edərkən, digər qismi onu alqışlayıb.
Qeyd edək ki, 16 fevralda Tehranda keçirilmiş "Təbriz Mədəniyyət Həftəsi"nin bağlanış mərasimində də Pezeşkian Məhəmməd Hüseyn Şəhriyarın "Heydərbaba"sından bir nəzm parçası oxumuşdu.
O, şeiri oxumazdan əvvəl zarafatca demişdi: "Şəhriyardan bir neçə bənd oxuyacağam. Burada nazirlər, deputatlar var, çox da pantürkçülük edə bilmirəm". Bu sözlər zalda gülüş doğurmuşdu və daha sonra İran prezidenti şeiri söyləmişdi.
"Heydərbaba, igid əmək itirməz, Ömür keçər, əfsus bərə bitirməz, Namərd olan, ömrü başa yetirməz, Biz də vallah, unutmarıq sizləri, Görəmməsək, halal edin bizləri."
Şeir dediyi məqamda bir nəfər yaxınlaşaraq ona nəsə dedi və o, şeiri yarıda saxladı və farsca dedi:
"Yaxşı, eybi yoxdur, iki misra türkcə şeir oxumaq problem yaratmaz".
P.S. Əslində siyasətdən azacıq başı çıxan birisi kimi deyə bilərəm ki, İran kimi türk düşməni olan bir ölkədə , ölkə prezidentinin çıxıb türk dilində şeir söyləməsi böyük cəsarət və hünər istər. İkinci zatən fevral ayında şeir söylədiyi üçün ona qarşı etiraz və xəbərdarlıqlar olmuşdu. Həmin etiraz və xəbərdarlıqdan sonra İran lideri dübarə “Heydərbabaya salam”ı oxuması məncə əsl igidlikdir.
Yeri gəlmişkən, mənim üçün maraqlı oldu , Pezeşkianın niyə məhz ayın 16-da türkçülük hissi şahə qalxır? 16 fevral, 17 aprel...?
Əntiqə Rəşid
Digər Xəbərlər
06 Dekabr 2025 18:29
Bəxtiyar Vahabzadə yaradıcılığında Səməd Vurğun obrazı
06 Dekabr 2025 13:58
Xalq yazıçısı Kamal Abdullanın 75 illiyi qeyd olundu
06 Dekabr 2025 09:26
“Bu ədəbiyyatdan bixəbərlər mədəniyyətsiz və nankordurlar...”
05 Dekabr 2025 18:10
Seyid Əzim Şirvaninin 190 illik yubileyi keçirildi
05 Dekabr 2025 12:47
Niyə yəhudilərdə milliyət ana xətti ilə müəyyən edilir? - Murad Köhnəqala yazır
04 Dekabr 2025 13:33
Bitməyən komediyaya sözardı və ya “Gülçöhrə və Əsgər” pyesinə yazılan ağı... - Esmira İsmayılova yazır
04 Dekabr 2025 12:39
Həyat imtahandır və ya nə yaxşı ki, yaxşılar var
03 Dekabr 2025 16:16


Bakı -°C

