İrana məxsus tanker Oman körfəzində batdı
İranın “M/T Kylo” neft tankeri ABŞ-nin raket zərbələrindən sonra Oman körfəzində batıb.
Adalet.az xəbər verir ki, bu barədə BBC ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığına (CENTCOM) istinadən məlumat yayıb.
Bildirilir ki, zərbələrdən sonra gəmidə yanğın baş verib, daha sonra tanker aşıb və suya qərq olub. CENTCOM-un məlumatına görə, hücumdan əvvəl heyətə gəmini tərk etmək barədə xəbərdarlıq edilib.
Buna cavab olaraq İran qüvvələri ABŞ ilə əlaqəli 6 ticarət gəmisinə, o cümlədən Hörmüz boğazı və Fars körfəzində olan 3 neft tankerinə zərbələr endirib.
Xatırladaq ki, sentyabrın 5-də ABŞ hərbçiləri İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus 3 neft tankerini hədəf almışdı. CENTCOM bu əməliyyatın İranın ABŞ aviadaşıyıcısına və raket esminesinə atdığı ballistik raketlərə cavab olduğunu bildirib.
Digər Xəbərlər
06 Sentyabr 2026 17:25
Uruqvayda quş qripi xəbərdarlığı - Fövqəladə vəziyyət elan edildi
06 Sentyabr 2026 16:47
İqtisadi Müharibə Qərargahı yaratdılar
06 Sentyabr 2026 16:28
Pakistan və Türkiyə XİN rəhbərləri Məkkə sazişini müzakirə etdilər
06 Sentyabr 2026 16:25


Bakı -°C

