İranda baş verən proseslərə İlham Əliyevdən münasibət
Azərbaycan Prezidenti İlham Əliyev İran ətrafında baş verən proseslərə münasibət bildirib.
Adalet.az xəbər verir ki, Dövlət başçısı Davosda “Euronews” televiziyasına müsahibəsində vurğulayıb ki, hər bir ölkə yalnız öz sərhədləri daxilində deyil, həm də sərhədlərindən kənarda baş verən sabitlik məsələlərini diqqətdə saxlamalıdır.
İlham Əliyevin sözlərinə görə, mövcud risklər əsasən xarici mənbələrdən qaynaqlana bilər. Bu baxımdan, Azərbaycanın qonşuluğunda sabitlik məsələsi daim diqqət mərkəzində saxlanılır və İran ətrafında mümkün destabilizasiya ehtimalları narahatlıq doğurur.
Dövlət başçısı vurğulayıb ki, regionda sabitlik, proqnozlaşdırıla bilənlik və sülh Azərbaycan üçün əsas dəyərlərdir. O əlavə edib ki, Azərbaycan işğal və müharibənin ağır nəticələrini yaşamış, minlərlə insan itirmiş ölkədir və bu təcrübə bir daha göstərir ki, hər bir dövlət üçün uğurun yeganə yolu təhlükəsizlik və sabitlikdir.
Digər Xəbərlər
20 Yanvar 2026 17:32
Prezident Davosda Odile Reno-Basso ilə görüşdü - FOTO
20 Yanvar 2026 17:06
"Bu mükafatı almaq mənim üçün böyük şərəfdir" - İlham Əliyev
20 Yanvar 2026 17:05
Azərbaycanın humanitar yardımı Ukrayna üçün çox vacibdir - Səfir
20 Yanvar 2026 17:00
Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur - Prezident
20 Yanvar 2026 16:46
Avropa Parlamenti və Avropa Şurası ilə istənilən əməkdaşlığı dayandırmışıq - İlham Əliyev
20 Yanvar 2026 15:10
Azərbaycan Ukraynaya 1 milyon dollarlıq humanitar yardım göndərdi
20 Yanvar 2026 14:24
“Suriyada YPG-nin sıradan çıxarılması regional güc balansını Türkiyənin lehinə dəyişir”
20 Yanvar 2026 14:20


Bakı -°C

