15 Oktyabr 2025 18:44
82
DÜNYA

İranlı müxalif İstanbulda öldürüldü

İranlı müxalif Masoud Nazari Türkiyənin İstanbul şəhərinin Arnavutköy rayonunda silahlı hücuma məruz qalıb və həyatını itirib.

Bu barədə Adalet.az "Haber Global"a istinadən xəbər verir.

Polis hücum edənlərin ələ keçirilməsi üçün əməliyyata başlayıb.

Qeyd edək ki, Nazariyə evinə getmək istədiyi zaman hücum edilib və ağır yaralanıb. O, xəstəxanaya yerləşdirilsə də, bütün müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Onun qətlinin səbəbləri ilə bağlı bəzi ehtimallar üzə çıxmağa başlayıb.

İranda rejimə və hərbi rəsmilərə qarşı sərt tənqidləri ilə tanınan din xadimi Masoud Nazarinin 10 il əvvəl ölkəsindən qaçdığı məlum olub.

Nazarinin qətli İran mətbuatında geniş şəkildə işıqlandırılıb.