Azərbaycan hərbi qulluqçuları "Eternity-2025" təlimində iştirak edir
Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, Türkiyənin Qars vilayətində üçtərəfli "Eternity-2025" kompüter dəstəkli komanda qərargah təlimi keçirilir.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, kompüter dəstəkli və praktiki olmaqla iki mərhələdə icra ediləcək təlim 3 ölkənin ərazisindən keçən strateji obyektlərin və kommunikasiya xətlərinin taktiki səviyyədə mühafizə və müdafiə ssenarisi üzərində qurulub.
Qeyd edək ki, ölkəmizdən Azərbaycan Ordusunun hərbi qulluqçularının və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının iştirak etdiyi birgə komanda qərargah təlimi 24 oktyabr tarixinədək davam edəcək.
Digər Xəbərlər
25 Noyabr 2026 17:50
Qazaxıstan Prezidenti Moskvaya səfər edib
25 Noyabr 2026 17:18
Lukaşenko Belarusun növbəti liderinin kim olacağını açıqladı
25 Noyabr 2026 09:23
PUA iki ölkə arasında müharibənin başlanmasına səbəb ola bilər
25 Noyabr 2026 09:00
Tramp “razı saldım” demişdi, Huanq təkzib etdi
25 Noyabr 2026 08:08
Pezeşkian ağlayarkən görüntüləndi - VİDEO
25 Noyabr 2026 08:06
İran rəsmilərinə sui-qəsd ediləcək? - Ağ Evdə yeni ssenari
24 Noyabr 2026 23:18
Polşa və Britaniya CAMM-MR raketinin hazırlığına dair saziş imzalayıb
24 Noyabr 2026 22:35


Bakı -°C

