adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
01 Mart 2021 18:39
24652
DÜNYA

İrəvanda Paşinyanı istefaya çağıran qocanı döydülər - VİDEO

Bu gün İrəvanın mərkəzində qondarma rejimin "bayrağı"nı gəzdirən yaşlı kişi döyülüb.

Azvision.az xəbər verir ki, bu barədə videogörüntülər yayan erməni Teleqram kanalları əvvəlcə yaşlı kişinin əski parçası olan "bayraqla" təxribata cəhd etdiyini bildiriblər. Daha sonra onun baş nazir Nikol Paşinyanın istefasını tələb edən şüarlar səsləndirməsi səbəbindən döyüldüyü üzə çıxıb.

Məlum olub ki, Paşinyanın tərəfdarı olan bir qrup aktivist qocaya təhqiramiz ifadələrinə görə fiziki təzyiq göstəriblər.