İrəvanda "Qarabağ" mahnısını oxuyanlar fotolarda: Tanış olun...
Xəbər vermişdik ki, İnternetdə bir qrup azərbaycanlının (Güney azərbaycanlıların) İrəvanın Respublika meydanında “Qarabağ” mahnısını azərbaycanca oxumasını əks etdirən videonun erməniləri şoka salıb.
Bəzi ermənilərin bu kadrın bu il çəkildiyini iddia etsə də, Ermənistan höküməti iddiaları əsassız hesab edirdi.
Adalet.az xəbər verir ki, nəhayət Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) yanvarın 30-da axşam saatlarında internetdə geniş yayılan və geniş reaksiya alan video ilə bağlı doğru açıqlama vermək məcburiyyətində qalıb. Video kadrların bu ilə aid olduğunu təsdiq edib.
“Aydınlaşdırmaq istərdik ki, videoda təsvir olunan şəxslər əslində İran İslam Respublikasının vətəndaşlarıdır:
Milad Qəhramani Afşar
Behzad Cafari Şabanoğlu
Mehdi Məhəmmədi
Hamed Aziz Maleki
Nadir Qafari
Adıçəkilən şəxslər 2024-cü ildə Ermənistan Respublikasında olublar. Dekabrın 30-dan - 2025-ci ilin 3 yanvarına qədər"-deyə "Hraparak" yazıb.
Milli Təhlükəsizlik Xidməti hər kəsi həqiqətə uyğun olmayan və yoxlanılmamış məlumat və şərhləri dərc etməkdən çəkinməyə çağırır", - bəyanatda deyilir.
Qeyd edək ki, Ermənistan hakimiyyəti videonun köhnə olduğunu iddia edib. Amma politoloq Qagik Hambaryan öz Feysbuk səhifəsində bildirib ki, video yenidir.“Əvvəla, materialın köhnə və ya təzə olması bir o qədər də önəmli deyil. Fakt isə odur ki, material yenidir və bunun sübutu Respublika meydanının bəzəyidir... Konkret olaraq isə meydanda yerləşdirilmiş ulduzlardır. Hökumət binasının keçən il sökülən saat qülləsi dekorasiyalar arasında olmayıb və bu il quraşdırılıb... Yəni video yenidir”.
P.S. Təəssübkeş həmvətənlərimizə təşəkkürümüzü bildiririk!
Əntiqə Rəşid
Digər Xəbərlər
04 Noyabr 2026 18:37
Könül Vəlibəylinin qızı ifadə verdi - Səbəbkarı bağışlamadı
04 Noyabr 2026 18:28
“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” adlı tədbir keçirilib
04 Noyabr 2026 17:33
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edildi
04 Noyabr 2026 17:25
Bakıda 100-dən çox yeni park və bağ yaradılıb
04 Noyabr 2026 16:06
Prezident xanımı və qızı ilə “AIREX 2026” sərgisi ilə tanış oldu - YENİLƏNİB + VİDEO
04 Noyabr 2026 15:58
Milli Fəaliyyət Planı hazırlanacaq - SƏRƏNCAM
04 Noyabr 2026 15:53
Kamran İmanov "Şərəf" ordeni ilə təltif edildi
04 Noyabr 2026 13:15


Bakı -°C

