İrəvanda yenə 1 Azərbaycanlı turist: Ermənilər yenə təşvişdə

Erməni mediasında “Bu il Ermənistana nə qədər azərbaycanlı turist gəlib?” başlıqlı məqaləsi yer alıb.
Adalet.az xəbər verir ki, məqalədə Azərbaycandan Ermənistana 1 turist gəlməsi ilə bağlı məlumat ermənilər arasında əməlli-başlı əsəb yaradıb.
Məqalədə deyilir:” Əliyevdən sülh diləyən Ermənistan hakimiyyəti Qarabağı təslim etdikdən sonra ölkənin qapılarını azərbaycanlıların üzünə açıb. Məlum olur ki, azərbaycanlılar turist kimi çoxdan Ermənistana sərbəst giriş-çıxışa malikdirlər. Düzdür, onların sayı çox deyil, amma məsələ onların çox və ya az olmasında deyil. Bu vəziyyətdə vacib olan ölkəyə gəlməsidir. Azərbaycanlılar özlərini o qədər təhlükəsiz və güvənli hiss edirlər ki, Ermənistana turizm adı altında gəlib bir neçə gün sərbəst gəzib-dolaşa, sonra isə sağ-salamat çıxıb gedə bilərlər.
Rəsmi məlumata görə, bu ilin birinci yarısında Azərbaycandan Ermənistana 1 turist gəlib. O, aprel-may aylarında gəlib.
Görünür, bu, İrəvanın mərkəzində sərbəst dolaşan və “Mən köhnə şəhərimizdəyəm” deyərək video yayımlayan azərbaycanlıdır. O, daha əvvəl gəlmişdi və yəqin ki, Azərbaycan vətəndaşı adı ilə deyildi.
Azərbaycanlı turist Ermənistana necə gəlib, hansı məqsədlə gəlib, turist “istirahətini” harada keçirib? Heç nə məlum deyil. Səlahiyyətli orqanlar bu barədə susur. Ola bilsin ki, onların heç xəbəri yoxdur. Sadəcə onun Ermənistanda 3 gün qalması məlumdur. Həmin 3 gün ərzində hara gedib, nə edib, kimlərlə görüşüb, məlumat yoxdur”.
Erməniləri hiddətləndirən bir məqamı da diqqətinizə çatdırırıq:” Təbii ki, azərbaycanlıların Ermənistana sərbəst giriş-çıxışı birinci dəfə deyil. Onlar rəsmi olaraq turist adı ilə gəlirlər, amma əslində Ermənistanda nə etdikləri sirr olaraq qalır.
Son 2 ildə həmin ölkədən Ermənistana turist gəlməyib. Bu il “ənənə” yenidən bərpa olunub.
İlin sonuna qədər hələ çox vaxt var və yaxın gələcəkdə rəsmi statistikada “turist” azərbaycanlıların sayının artmaqda davam edəcəyi istisna edilmir”.
Oxucularımıza xatırladaq ki, hələ 2020-ci ilin fevralında bir qrup azərbaycanlı İrəvanda çəkiliş aparmışdı.
Hətta görüntülərdə Ermənistan paytaxtının zəif işıqlandırılması, dağılmaq təhlükəsi altında olan yaşayış binaları əksini tapmışdı.
“Biz indi qədim Azərbaycan şəhəri olan İrəvandayıq. Uşaqlar, sevimli Bakımızdan fərqli olaraq, sizdə zəif işıqlandırılma var. Erməni xüsusi xidmət orqanları, nədənsə, çox pis işləyirsiz. Bu kimdir? (qarşıdakı heykəli göstərir - red) Hətta işıqlandırmırlar ki, bunun kim olduğunu bilək”.
Daha sonra -2021-ci ildə bir həmyerlimiz Qafana gedib və şəhərin müxtəlif küçələrində çəkilişlər aparmışdı və bu barədə erməni mediası məlumat yaymışdı.
Ermənistan Statistika Komitəsinin məlumatına görə isə , 2023-cü ilin 9 ayı ərzində 13 Azərbaycan vətəndaşı həqiqətən də Ermənistana turist kimi səfər edib.
Əntiqə Rəşid
Digər Xəbərlər

İki təkərli nəqliyyat vasitələrinə qarşı mübarizə gücləndirilib...

Sabah 35 dərəcə isti olacaq - PROQNOZ

Əksər yerlərdə yağış yağıb - FAKTİKİ HAVA

DİN onlara müraciət etdi

Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndiriləcək

DİN Qarabağla bağlı vətəndaşlara MÜRACİƏT ETDİ

Polis istirahət zonalarında profilaktik tədbirləri davam etdirir - VİDEO
