İşə qəbul müsabiqəsinin müsahibə mərhələsi başlayır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxana müdiri/kitabxanaçı, həmçinin məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir.
Adalet.az xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.
Bildirilib ki, müsahibə mərhələsi 25 avqust 2025-ci il tarixindən başlayacaq.
Qeyd edilən vəzifələr üzrə müsabiqənin test imtahanı mərhələsində uğur qazanmış namizədlərə müsahibənin keçiriləcəyi məkan və vaxt barədə məlumat qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndəriləcək.
Müsahibənin nəticələri barədə namizədlərə məlumat veriləcək.
Digər Xəbərlər

Digər dillərdə olan siniflərdə "Azərbaycan tarixi" Azərbaycan dilində tədris ediləcək

Universitetlərə qəbulun nəticələri nə vaxt açıqlanacaq? - Açıqlama

Məleykə Abbaszadə“Yüksəliş” müsabiqəsinin finalçıları ilə görüşüb
