İslandiya – Azərbaycan oyunu niderlandlı hakimlərə tapşırıldı

2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək İslandiya – Azərbaycan oyununa təyinatlar açıqlanıb.
Adalet.az xəbər verir ki, Reykyavikdə baş tutacaq matçı Niderlanddan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Sander van der Eykə Rens Blümink və Stefan de Qroot kömək edəcəklər. Mark Naqteqaal dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR-da Jerön Mansxot, AVAR-da Klay Ruperti olacaq.Avstriyalı Tomas Eynvaller isə hakim-inspektor kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, sentyabrın 5-də “Lauqardalsvollur” stadionunda təşkil olunacaq İslandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Digər Xəbərlər

"Neftçi"nin futbolçusu üç oyunluq cəza aldı

Aleksis Sançes bu kluba transfer oldu

Juninyo "Qarabağ"a qayıtdı

İlkay Gündoğan “Qalatasaray”da

“Fənərbaxça” Asensionun transferini açıqladı

Azərbaycanı AÇ-də təmsil edəcək gənc cüdoçuların adları bilindi

Asim Xudiyevə UEFA-dan növbəti təyinat
