08 Fevral 2024 11:48
362
DÜNYA

İslandiyada yenidən vulkan püskürüb

İslandiyanın cənub-qərbində bu il ikinci dəfə vulkan püskürüb.

Adalet.az xəbər verir ki, bu barədə RUV televiziya şirkəti məlumat yayıb.

Reykjanes yarımadasındakı vulkanın 2021-ci ildən bəri altıncı dəfə püskürüb. Yanvar ayında İslandiyada vulkan püskürməsi nəticəsində evlər yanıb. Lava axını Qrindavik şəhərində yaşayış binalarına çatıb.