Rusiyada maşın partladıldı, general həlak oldu - VİDEO
Bu gün səhər saatlarında Moskva vilayətinin Balaşixa şəhərində yaşayış binasının həyətində güclü partlayış baş verib.
Adalet.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini general-leytenant Yaroslav Moskalik həlak olub.
Qeyd olunub ki, hadisə səhər saat 10:40 radələrində 59 yaşlı Moskalik yaşayış binasının girişində park edilmiş “Volkswagen Golf” markalı avtomobilin yanından keçərkən baş verib. Partlayış dalğası onun cəsədini bir neçə metr kənara atıb.
Məlumata görə, partlayışa avtomobilin içərisinə yerləşdirilən partlayıcı qurğu səbəb olub.
Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb.
Digər Xəbərlər
13 Dekabr 2025 14:35
Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil
13 Dekabr 2025 13:55
Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib
13 Dekabr 2025 00:33
GƏRGİNLİK PİK HƏDDƏ:Türkiyəyə məxsus yük gəmisi vuruldu - VİDEO - YENİLƏNİB
12 Dekabr 2025 23:56


Bakı -°C

