“Saqqalları qısaldın, çadranı yığışdırın” - Kadırov çağırış etdi
Çeçenistan rəhbəri Ramzan Kadırov regionun güc strukturlarının rəhbərləri ilə keçirdiyi iclasda kişiləri uzun saqqal və qısaldılmış şalvar geyinməyi dəb halına gətirməməyə çağırıb.
Adalet.az TASS-a istinadla xəbər verir ki, Çeçenistan lideri bu cür geyim və xarici görünüş tərzinin gənclər arasında yanlış meyl yaratdığını bildirib.
Kadırov qeyd edib ki, uzun saqqal saxlayanların əksəriyyəti cümə namazlarına və məscidlərə getmir, əvəzində küçələrdə vaxt keçirib avaraçılıqla məşğul olurlar:
“Onlar uzun saqqal və qısaldılmış şalvar geyinməyi nə idisə bir dəbə çeviriblər və gənc nəsil də onlara bənzəməyə başlayır. Saqqallarınızı qısaldın və onları dinimizə uyğun şəkildə saxlayın”.
Region rəhbəri həmçinin çadra geyinməyə başlayan çeçen qadınlarına da müraciət edib. O, qadınları milli və dini dəyərlərə uyğun geyinməyə səsləyərək Çeçenistanda heç vaxt çadra örtünmək ənənəsinin olmadığını vurğulayıb.
Xatırladaq ki, avqust ayında Ramzan Kadırov “Vahid Rusiya” partiyasının Çeçenistan regional bölməsi tərəfindən təkrarən respublika rəhbərliyinə namizəd göstərilib. Bundan əvvəl isə o, seçkilərə “məcburi olaraq” qatıldığını bəyan etmişdi.
Digər Xəbərlər
09 Sentyabr 2026 18:20
Gürcüstandan uçan təyyarə Türkiyədə dənizə qəzalı eniş etdi - VİDEO
09 Sentyabr 2026 18:12
İranda dollar yenə bahalaşdı
09 Sentyabr 2026 17:17
PKK tarixə qovuşur - VAXT AÇIQLANDI
09 Sentyabr 2026 13:11
Vulkan püskürdü, jurnalistlər itkin düşdü
09 Sentyabr 2026 12:24
Rubio: "Rusiya-Ukrayna danışıqları yaxın həftələrdə bərpa oluna bilər"
09 Sentyabr 2026 11:59
İsrail Qüdsdəki Britaniya konsulluğunu bağlayır
09 Sentyabr 2026 11:55
Zaxarova Almaniya kanslerini təhqir etdi
09 Sentyabr 2026 10:58


Bakı -°C

