Ukrayna Rusiyanın ən böyük limanına zərbə endirdi
Ukrayna PUA-ları sentyabrın 9-na keçən gecə Rusiyanın ən böyük dəniz limanının yerləşdiyi Novorossiysk şəhərinə hücum edib.
Adalet.az xəbər verir ki, bu barədə “Astra” məlumat yayıb.
Məlumata görə, hücumun hədəfi dəniz ticarət limanının tərkibinə daxil olan Novorossiysk mazut terminalı olub.
Terminal dəmir yolu ilə gətirilən mazutu qəbul edir, saxlayır və dəniz gəmilərinə yükləyir. Onun illik yükaşırma gücü təxminən 4 milyon tondur. Nəticədə yanacaq çənlərindən ən azı birinə ziyan dəyib. Terminalın ərazisində güclü yanğın baş verib. Həmçinin Volqoqradskaya küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında da yanğın başlayıb.
Digər Xəbərlər
09 Sentyabr 2026 09:37
Paşinyan Fransaya getdi
09 Sentyabr 2026 08:58
Rusiyanın şərqində ayılara görə yüksək hazırlıq rejimi tətbiq edilib
09 Sentyabr 2026 08:46
Rusiya yeni ballistik raketləri sınaqdan keçirəcək: Hədəfi isə...
09 Sentyabr 2026 08:34


Bakı -°C

