Rusiyanın şərqində ayılara görə yüksək hazırlıq rejimi tətbiq edilib
Rusiya Federasiyasının (RF) şərqindəki Kamçatka diyarının Petropavlovsk-Kamçatski şəhərində ayıların şəhərə çıxması hallarının artması fonunda yüksək hazırlıq rejimi tətbiq edilib.
Adalet.az xəbər verir ki, bu barədə şəhər administrasiyası məlumat yayıb.
"Bu gün saat 18:00-dan etibarən Petropavlovsk-Kamçatski şəhər dairəsində ayıların peyda olması ilə əlaqədar həyata yaranan təhlükənin aradan qaldırılmasına yönəlmiş tədbirlərə cəlb olunan qüvvə və xidmətlər üçün yüksək hazırlıq rejimi tətbiq edilir", - meriyanın saytında diyar mərkəzinin rəhbəri Andrey Vorovskidən sitat gətirilir.
Şəhərdə zibilin operativ şəkildə daşınmasına nəzarət gücləndirilir, valideynlərə uşaqları məktəbə qədər müşayiət etmək və geri gətirmək tövsiyə olunur. Şəhər sakinləri ayıq-sayıq olmağa çağırılır.
"İnterfaks"ın diyar hökumətinin məlumatlarına istinadən verdiyi xəbərə görə, təkcə ötən həftə yırtıcıların şəhərə çıxması barədə məlumatlardan sonra ovçular 11 ayını güllələyiblər.
Digər Xəbərlər
09 Sentyabr 2026 08:46
Rusiya yeni ballistik raketləri sınaqdan keçirəcək: Hədəfi isə...
09 Sentyabr 2026 08:34
İspaniyada narkotacirlərin ən böyük kölgə bank şəbəkəsi ifşa edilib
09 Sentyabr 2026 07:39
Maskdan səs-küyə səbəb olan 2036-cı il PROQNOZU
09 Sentyabr 2026 07:20


Bakı -°C

