Qazaxıstan və Azərbaycan Xəzər dənizi ilə sərnişin daşımalarını bərpa edəcək
Qazaxıstan və Azərbaycan Xəzərdə sərnişin daşımalarına yenidən başlayacaq.
Adalet.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel məlumat verib.
Diplomatın sözlərinə görə, Qazaxıstan tərəfi Azərbaycana Kurık limanı - Bakı limanı - Kurık limanı bərə xətti üzrə sərnişin daşımalarının bərpa edilməsini təklif edib. Bu daşımalar 2020-ci ilə qədər həyata keçirilib və COVID-19 pandemiyası ilə əlaqədar dayandırılıb.
Alim Bayel sərnişin daşımalarının dayandırılmasına qədər Xəzər dənizi üzərindən bu marşrutdan ildə təxminən 1500 sərnişin istifadə etdiyini qeyd edib. O, qarşıdakı dövrdə bu marşrutla səyahət etmək istəyənlərin sayının daha çox olacağına əminliyini ifadə edib. Bərə xəttinin yenidən fəaliyyətə başlaması iki ölkə arasında sərnişin əlaqələrinin inkişafına təkan verəcək, turizm mübadiləsini gücləndirəcək və Orta Dəhlizin imkanlarını genişləndirəcək.
Səfir bildirib ki, Azərbaycan tərəfi Qazaxıstanın təklifini dəstəkləyib. Hazırda iki ölkənin nəqliyyat qurumları sərnişin daşımalarının mümkün qədər tez bərpa edilməsi istiqamətində işə başlayıblar.
Bugün Bakı ilə Qazaxıstanın Astana, Almatı, Şımkent, Aktau, Atırau kimi şəhərləri arasında həftədə 37 aviareys həyata keçirilir.
Digər Xəbərlər
09 Sentyabr 2026 09:17
“Tramp və Putin telefon danışığı Ukraynaya yeni təzyiq planın tərkib hissəsidir”
09 Sentyabr 2026 09:17
““Rus evləri”nin müxtəlif ölkələrdə hansı məzhəbə xidmət etdiyi bəllidir”
08 Sentyabr 2026 17:28
Azərbaycan-Əlcəzair Birgə Komissiyasının ilk iclası keçiriləcək
08 Sentyabr 2026 17:17


Bakı -°C

