Azərbaycan-Əlcəzair Birgə Komissiyasının ilk iclası keçiriləcək
Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib.
Energetika Nazirliyindən Adalet.az-a bildirilib ki, görüşdə Azərbaycan və Əlcəzair arasında dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edilib, dövlət başçıları səviyyəsində siyasi dialoqun ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmin yaratdığı bildirilib. Enerji sahəsində, o cümlədən OPEC+ çərçivəsində uğurlu əməkdaşlıq, SOCAR ilə “Sonatrach” arasında əlaqələr qeyd olunub. Energetika sahəsində imzalanmış Anlaşma Memorandumu və yaradılmış İşçi Qrupunun fəaliyyətinə toxunularaq karbohidrogenlərlə yanaşı, neft-kimya, elektrik enerjisi və bərpaolunan enerji sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
Görüşdə, həmçinin Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclasının 2027-ci ilin birinci yarısında Azərbaycanda keçirilməsi ilə bağlı hazırlıq məsələləri nəzərdən keçirilib. İkitərəfli əlaqələrin enerji sektoru ilə yanaşı, ticarət, kənd təsərrüfatı, sənaye, əczaçılıq və ali təhsil kimi sahələri də əhatə etməsinin əhəmiyyəti vurğulanıb. Bundan başqa, enerji üzrə İşçi Qrupunun ilk iclasının Birgə Komissiyanın iclasından əvvəl keçirilməsi razılaşdırılıb.
Digər Xəbərlər
12 Oktyabr 2026 12:38
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - YENİLƏNİB
12 Oktyabr 2026 11:47
“Doğrudanmı siyasətdə əxlaq yoxdur?”
12 Oktyabr 2026 11:43
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident
12 Oktyabr 2026 11:38
Prezidentin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
12 Oktyabr 2026 11:37
"Süni intellektin inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir" - İlham Əliyev
12 Oktyabr 2026 11:36
"Türk xalqlarının mədəni irsinin qorunması fəaliyyətimizin aparıcı istiqamətlərindəndir" - Dövlət başçısı
12 Oktyabr 2026 11:35
"Azərbaycan Türk dünyasının birləşməsi naminə bütün səylərini səfərbər edib" - İlham Əliyev
12 Oktyabr 2026 11:34


Bakı -°C

