“Tramp və Putin telefon danışığı Ukraynaya yeni təzyiq planın tərkib hissəsidir”
“ABŞ prezidenti Donald Tramp Volodimir Zelenskini yenidən Rusiyaya güzəştə getməyi təklif edir. D.Trampın Rusiya-Ukrayna arasında atəşkəs üçün təklif etdiyi plan Kremldə yazılıb”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“1. Cəbhə xəttində tam atəşkəsin təmin olunması
2. Ukrayna ordusunun Donbasdan geri çəkilməsi
3. Atəşkəs rejimi tətbiq edildikdən sonra seçkilər və referendumun keçirilməsi.
4. Ukraynanın ərazilərin hərbi yolla qaytarılmasından imtina.
5. NATO-dan imtina edilməsi
6. Ukrayna ordusuna məhdudiyyətin qoyulması
7. Yenidən formalaşması nəzərdə tutulan yeni hakimiyyət Rusiya ilə sülh müqaviləsi imzalaya
D.Tramp və V.Putin arasında baş tutan telefon danışığı məhz yeni planın olmasını göstərir. D.Tramp Ukraynaya təzyiq edə və Rusiyaya güzəştə məcbur etməsi istisna deyil. Ümumiyyətlə, Uitkof və Kuşnerin hər iki paytaxta səfəri əsasən Kremlin maraqlarına uyğun həyata keçirilib. D.Tramp Avropanı Rusiyanın hücumları ilə təhdid edərək Ukrayna ilə bağlı güzəştə məcbur edə bilər. Qeyd edim ki, bir neçə gün bundan əvvəl ABŞ Mərkəzi Kəşfiyyat idarəsinin rəisinin Moskvaya səfəri məhz Ukrayna ilə yeni danışıqlar prosesinə əsaslanıb. Ukrayna prezidenti V.Zelenskinin Donbasdan ordunun geri çəkməsi isə, real görünmür. Çünki, buna Böyük Britaniya, Almaniya və Fransa razı deyil”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
09 Sentyabr 2026 09:17
““Rus evləri”nin müxtəlif ölkələrdə hansı məzhəbə xidmət etdiyi bəllidir”
09 Sentyabr 2026 09:10
Qazaxıstan və Azərbaycan Xəzər dənizi ilə sərnişin daşımalarını bərpa edəcək
08 Sentyabr 2026 17:28
Azərbaycan-Əlcəzair Birgə Komissiyasının ilk iclası keçiriləcək
08 Sentyabr 2026 17:17


Bakı -°C

