Döyüşən ruhların hekayəti - Ramiz Göyüş yazır
Bu ilin iyununda Şəmkir rayonunda yerləşən Kimya – Biologiya Təmayüllü lisseydə Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş yubiley tədbirində iştirak edirdik. Tədbirdə AYB Qazax bölməsi də bir neçə sənət adamları ilə təmsil olunurdu. Qonaqlar arasında döyüşçü-şair, Azərbaycan ordusunun təqaüddə olan veteranı, mayor Mustafa Rasimoğlu da var idi. Tədbirdən sonra Mustafa müəllim mənə yaxıınlaşaraq “Döyüşən ruhlar” adlı şeirlər toplusunu hədiyyə etdi. Doğrusu deyim, Mustafa müəlliməbir döyşçü-şair kimi çoxdan rəğbətim var idi. İndi o kitabı mənə verəndə könlümdən onun haqqında yazmaq keçdi...
Səmimi desəm, yazı bir az çətin alındı. Deyəsən bir az da yayın istisitəsir etmişdi. Həm də Mustafa Rasimoğlu yaradıcılığına elə baxış bucağından yaxınlaşmaq istəyirdim ki, yazacağım yazı həm oxucunun zövqünü oxşasın, həm də müəllifin yaradıcılığına obyektiv işıq sala bilsin. Bilmədim onun “düyüşən ruhlar”ından yazım, yoxsa səngər qoxulu şeirlərindən. Şeirlərini oxuduqca, söhbətlərini xatırladıqca yaradıcılığı yumaq kimi çözülməyə başladı. Yazı yavaş-yavaş axarına düşdü
“Döyüşən ruhlar” kitabı Azərbaycan Yazıçılar Birliyinin Mustafa Rasimoğlunun 60 illik yubileyi ilə əlaqədar təbriklə başlayır. Elə həm şeirlərdən, həm də kitabın tərtibatından hiss olunur ki, topluya daxil edilmiş şeirlər bir növ Mustafa Rasimoğlunun yaradıcılıq hesabatıdır. Toplunu “Döyüşən ruhlar”ın hekayəti də adlandırmaq olar.
Mustafa Rasimoğlu əslən Qazağın Şıxlı kəndindəndir. O kənddən ki, yetirdiyi elm adamları, sərkərdələri , görkəmli dövlət və ictimai xadimləri ilə yanaşı Azərbaycan ədəbiyyatına Mehdi Hüseyn, Osman Sarıvəlli, İsmayıl Şıxlı, İsa Muğanna, Vidadi Babanlı, Teymir Bünyadov, Rüstəm Kamal kimi nəhəng ədəbi şəxsiyyətlər bəxş edib. Diqqət yetirsək görərik ki, əslən Şıxlı kəndindən olan neçə-neçə ədəbi şəxsiyyətlər vardır ki, onlar əsasən nəsr əsərləri yaratmışlar. Bununla belə təbiət bu yerlərdən poeziyanı da əsirgəməmiş, ədəbi camedə yaxşı tanınan Şota və Tofiq Saleh qardaşları, Eldar Nəsibli Sibirel və Vəli Xramçaylı qardaşları bu kənddə böyüyüb pərvazlanıblar.Bütün sadaladıqlarımla qeyd etmək istəyirəm ki, Mustafa Rasimoğlunun poeziyaya gəlişi heç də təsadüfü hadisə deyil, bu kəndin ab- havasından irəli gəlir. Mustafa müəllimin atası Rasim müəllim də peşə etibarı ilə mühəndis olmasına baxmayaraq, sözə sənətə vurğun adam idi.Mustafa müəllimin söhbətlərindən aydın olur ki, onların evi həmişə qonaqlı-qaralı, yığnaqlı olurmuş və bu məclislərin da əksəriyyətində Azərbaycan poeziyasının və ədəbiyyatının tanınmış simalar iştirak edirmiş. Mustafa müəllim də bu muhitdə böyüyüb, pərvazlanıb və bir vaxt baxıb ki, söz muncuğa dönüb,yerin təkindən süzülüb üzə çıxan bulaq kimi, Mustafa Rasimoğlunun qəlbininin dərinliklərindən süzülərək poetik ifadələrə çevrilir.
Mustafa Rasimoğlunun şeirləri mövzu etibarı ilə rəngarəngdir. Doğrusu onun yaradıcılığında mənim ən çox xoşuma gələn şeirlər atasına həsr etdiyi şeirlərdir. Ədəbiyyatımızda “Ata” mövzusu o qədər də populayar mövzu deyil. Lakin bu mövzuda xalq şairi Vaqif Səmədoğlu, görkəmli şairimiz Məmməd İsmayıl, Davud Nəsib və digərləri poeziyamızın ən gözəl və bənzərsiz nümunələrini yaratmışlar. Bu baxımdan Mustafa Rasimoğlu da istisna təşkil etmir.Mustafa müəllimin atasına olan böyük sevgisi onunla söhbətlərdə daha çox hiss olunur. Onunla hansı mövzuda danışırsan danış, söhbətin bir ucu gəlib Rasim müəllimə çıxır. Atası haqqında söhbət edəndə Mustafa müəllim atasının mənəvi dünyasını, söz sənət vurğunluğunu, yüksək insani keyfiyyətlərini özünün dərk elədiyi kimi tərəf müqabilinə çatdırmağa çalışır və sanki tədricən bunanail ola bilir. Bundan sonra o bir qədər sakitləşir və elə bilir ki, onun təsəvvür etdiyi Rasim müəllimin böyüklüyünü tərəf müqabilinə anlada bilib. Mustafa müəllim atası haqqında düşüncələrini təkcə söhbətləri ilə çatdırmır, onu həm də poetikləşdirir. Bu baxımdan o, zaman-zaman atasına şeirlər həsr etmişdir. “Atam yenə yada düşüb...”silsiləşeirləri, “Bütövlük”, “Tanrıya məktub”, “Ata kölgəsi”, “Tapılmaz”, “Son sətir”, “Atam”, “Kölgəmə” və digərləri bu qəbildən olan şeirlərdir.Həmin şeirlərdən bir neçəsini nümunə gətirmək istədim:
Salam köhnə yurdda təzə tanışlar,
Salam daş üzlərdən baxan baxışlar.
Salam ay qohumlar salam,qardaşlar,
Siz məni atamın qəbrinə qoyun.
Nə dərdə yalvarım, nə qarğış edim,
Qartalın səsini qoyun eşidim.
Siz Allah tez olun yaman üşüdüm,
Siz məni atamın qəbrinmə qoyun.
Və ya
Qartal uçubdu qayadan,
Ətəklərə səda düşüb.
Zirvəsinə qayıtmayıb,
Ürəyimə qada düşüşb.
Nə istədin etdim, Tanrım,
Anadiltək ötdüm, Tanrım.
Üz döndərib getdin, Tanrım,
Atam yenə yada düşüb.
Bu faktdır ki, hər bir qələm adamının əsas qəhrəmanı onun özüdür, necə olmasınndan asılı olmayaraq o öz yaşantılarını qələmə alır. Mustafa Rasimoğlunun yaradıcılığında bu yaşantılar daha qabarıq görünür.
Onun şeirlərini oxuduqca bu qənaətə gəlirsən ki,bir şair olaraq onun yaradıcılığını daha aydın başa düşmək üçün sətir-sətir oxumaq lazımdır. Diqqət yetirin:
Bəxtim gətirmədi şəhid olmağa,
Şəhid olmasam da mən şahid oldum....
Ömür uzanan səhradı.
Gəl döz görüm susuzluğa...
Səbrimi sıxıb dişimə,
Çeynəyib uda bilmirəm...
Sənin ürəyinə, sənin qəlbinə,
Bir dünya lazımdır sığışa bilsin...
Namərdləri başdan aşır,
Mərdlərilə qıtdı dünya...
Zirvə gözə görünməzdir,
Bacarırsan çıxar məni...
“Döyüşən ruhlar” kitabına toplanmış şeirlərdə bu cür deyimlərin sayı kifayət qədərdir.Bu nümunələrə ayrı-ayrılıqda “iynə boyu” şeirlərdə demək olar, minatür şeirlərdə. Bəzi nümunələri hətta aforistik deyimlərə də bənzətmək olar.
Təbii ki, Tanrı hər bir bəndəsi üçün bir tale yazısı , bir ömür kitabı yazır. Bu kitabda acılı, şirinli günlərin vəhdəti, bütöv bir ömrün ayrı-ayrı hissələri yazılıb. “Döyüşən ruhlar” kitabına toplanmış şeirlər Mustafa Rasimoğlunun ömür səlnaməsindən poetikləşmiş səhfələrdir.
Qeyd etdiyimizi kimi Mustafa Rasimoğlu az-az şairlərdəndir ki, Vətən darda olanda, onunöz oğullarına ehtiyacı olanda, könüllü olaraq vətənin müdafiəsinə qalxdı, qələmini silahla dəyişməli oldu.Birinci Qarabağ müharibəsinin ağrılı, acılı, çətin günlərində, yenicə təşkil olunanan Milli Ordunun tərkibində Ağdərə, Gədəbəy, Tərtər, Qazax, Tovuz və Ağstafa istiqamətində gedən döyüşlərdə iştirak etdi, yağı düşmənlə üzbə-üz qızğın döyüşlərə qatıldı və 8 il ordumuzun tərkibində mərdliklə vuruşdu. Bu döyüşlərdə onun qismətinə şəhidlik yazılmadı. Ancaq qazi olaraq mayor rütbəsinədə ordudan tərxis olundu. Müharibə dəhşətlərini öz gözü ilə görən, bu döyüşlərin iştirakçısı olan qələm adamı kimi onun yaradıcılığından yan keçə bilməzdi. O
Salam odlu torpağım, salam ey əziz diyar,
Sənə ehtiyacım var, danılmazdır bu ilqar.
Salam verdim, salama cavab versin ilk bahar,
Yox olsun yer üzündən səni bölən, Vətənim,
Şəhidliyə hazıram , sən ol mənim güvənim.
- deyə hayqıraraq düşmən üzərinə aslan kimi atılırdı.
Ümumiyyətlə Mustafa Rasimoğlinun cəbhə şeirlərinini həyacansız oxumaq olmur. Mövzuya həsr edilmiş şeirləri oxuduqca sanki şeirin müəllifi ilə birlikdə həmin günləri, anları yaşayırsan ,onunla birlikdə səngərin ab-havasını hiss edirsən. Müəllifin bu mövzuya həsr etdiyi “Şəhid olmasam da...”,”Zəfər yaraşır”, “Döyüşən ruhlar”, “Səngərdən salamlar”, “Səngər ömrü”, “Vətəndaşam mən” və digər şeirləri maraqlı və yaddaqalandır. Bu şeirlərdən iki nümunə gətirmək istədim:
Dostlarım çəkməsin məni sınağa,
Daha ölçülərim gəlməz qınağa,
Bəxtim gətirmədi şəhid olmağa,
Şəhid olmasam da , mən şahid oldum.
Təbii ki, döyüşən şair üçün Zəfərdən böyük, möhtəşəm heç nə ola bilməz.Mustafa Rasimoğlu da Zəfərimizi vəsf etməkdən yorulmur, onu yeni-yeni şeirləri ilə tərənnnüm edir:
Qayasında gül bitirən,
Sərvətə zəfər yaraşır,
Səmadan ulduz gətirən,
Qüvvətə Zəfər yaraşır.
Haqqı görüb, haqq danışan,
Qəzəb hissi iləalışan,
Gecə-gündüz aşıb-daşan,
Nifrətə Zəfər yaraşır.
Güllənin üstünə qaçan,
Baxışıyla ölüm saçan,
Al qanıyla çığır açan,
Qeyrətə Zəfər yaraşır.
Sözsüz ki, kiçik bir yazıda müəllifin yaradıcılığının bütünməqamlarınıincələmək imkanı məhduddur. Mustafa Rasimoğlu indi yaşının müdrik çağına qədəm qoyub və hesab edirəm ki, o, ən gözəl şeirlərini innən belə yazacaqdır.


Bakı -°C

