adalet.az header logo
  • Bakı -°C
20 Iyul 2026 02:02
146
İDMAN
A- A+

İspaniya ikiqat dünya çempionu oldu - YENİLƏNİB

İspaniya futbol üzrə dünya çempionatının finalında Argentinaya qalib gələrək qızıl medallara sahib çıxıb.

Adalet.az xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda oynanılan qarşılaşmada ispanlar 1:0 hesablı qələbə qazanıblar.

Qalibiyyət qolu əlavə vaxtda vurulub. 106-cı dəqiqədə Ferran Torres qapını dəqiq nişan alıb.

***

01:45

İspaniya-Argentina matçında hesab açılıb.

Adalet.az xəbər verir ki, 106-cı dəqiqədə Ferran Torres komandasını hesabda önə keçirib - 1:0.

***

01:43

Futbol üzrə dünya çempionatının İspaniya - Argentina oyununda əlavə vaxt başlayıb.

Adalet.az xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən final matçında qapılara qol vurulmayıb - 0:0.

Qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılır. Əgər burada da qələbə qazanan tərəf olmasa penaltilər seriyasına ehtiyac duyulacaq.

Argentina seçməsi qarşılaşmanı 10 nəfərlə davam etdirir. Enzo Fernandes 90+3-cü dəqiqədə ikinci sarı vərəqənin ardından qırmızı vərəqə ilə cəzalanıb.

 

***

01:19

İspaniya - Argentina finalının əsas vaxtında qalib müəyyənləşməyib.

Adalet.az xəbər verir ki,  əlavə vaxt oynanılacaq. 

***

00:26

Futbol üzrə dünya çempionatının final oyununda İspaniya və Argentina milliləri arasında keçirilən qarşılaşmanın ikinci hissəsi başlayıb.

Adalet.az xəbər verir ki, ABŞ-nin Nyu-Cersi ştatındakı "MetLife" stadionunda keçirilən görüşün ilk hissəsi qolsuz bərabərliklə yekunlaşıb.

***

19 iyul, saat 23:27

Futbol üzrə 2026-cı il dünya çempionatının final oyunu start götürüb.

Adalet.az xəbər verir ki, ABŞ-nin Nyu-Cersi ştatının İst-Raterford şəhərində yerləşən "MetLife" stadionunda keçirilən həlledici qarşılaşmada İspaniya və Argentina milliləri dünya çempionu adı uğrunda mübarizə aparırlar.

80 633 azarkeş tutumuna malik arenada keçirilən oyunu minlərlə futbolsevərlə yanaşı, ABŞ Prezidenti Donald Tramp və FIFA prezidenti Canni İnfantino da tribunadan izləyirlər.

Qeyd edək ki, İspaniya tarixində ikinci, Argentina isə dördüncü dünya çempionluğu uğrunda mübarizə aparır. Final qarşılaşmasının qalibi 2026-cı il dünya çempionu olacaq.