İsrail kəşfiyyatı Fordo nüvə obyektinin tamamilə dağıdıldığını təsdiqləyib

“Biz Fordonu vurduqdan sonra İsrail vəziyyəti yoxlamaq üçün öz agentlərini ora göndərib. Onlar Fordonun tamamilə dağıdıldığını təsdiqləyiblər”.
Adalet.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Haaqada keçirilən NATO sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Məncə iranlıların Fordodan nələri isə təxliyə etmək imkanı olmayıb. Çünki biz çox cəld hərəkət etdik. Bombalar dəqiqliklə lazım olan yerlərə düşdü. Həqiqətən qüsursuz əməliyyat idi. İsrail hazırda məsələ ilə bağlı hesabat hazırlayır”, - Tramp vurğulayıb.
Qeyd edək ki, iyunun 22-də ABŞ İrana məxsus üç nüvə obyektinə hava zərbələri endirib.
Digər Xəbərlər

COP31-ə bu şəhərin namizədliyi irəli sürüldü

Baqrat Qalstanyan saxlanıldı

Öldüyü deyilən İran generalı sağ imiş

Abbas Əraqçi: "İran nüvə proqramından imtina etməyəcək"

ABŞ vurduğu ziyana görə təzminat ödəməlidir - Səid Xətibzadə

"İran nüvə proqramından əl çəkməyəcək" - Əraqçi

AEBA Fordo və Natanzdakı nüvə obyektlərində yeni zədələnmələr QEYDƏ ALIB
