İsrail Kirmandakı neft bazasını VURDU - VİDEO
İsrail ordusunun İrana qarşı başlatdığı genişmiqyaslı hava əməliyyatları çərçivəsində növbəti hədəf ölkənin cənub-şərqində yerləşən Kirman şəhəri olub.
Adalet.az “Tasnim”ə istinadla xəbər verir ki, İsrail hərbi aviasiyasının endirdiyi zərbələr nəticəsində Kirman yaxınlığındakı strateji neft bazasında və yanacaq anbarlarında güclü yanğın başlayıb.
Agentlik yazır ki, bazada yerləşən ehtiyat yanacaq çənləri ciddi zərər görüb. Yanğın nəticəsində ərazini qara tüstü dumanı bürüyüb və alovun söndürülməsi üçün bölgəyə çox sayda xilasetmə briqadası cəlb olunub.
Zərbələrin təkcə enerji infrastrukturunu deyil, həm də Kirman hava limanını hədəf aldığı, orada bəzi təyyarələrin və uçuş zolağının zərər gördüyü iddia edilir. Kirman valiliyindən verilən məlumata görə, hücum nəticəsində infrastruktura ciddi ziyan dəysə də, hələlik can itkisi barədə dəqiq məlumat yoxdur.
Qeyd edək ki, sözügedən hücum İsrailin son günlərdə İranın daxili enerji resurslarını və hərbi logistika mərkəzlərini sıradan çıxarmaq strategiyasının tərkib hissəsidir. Daha əvvəl isə Tehran və Əlborz vilayətlərindəki neft anbarları da bənzər hücumlara məruz qalmışdı.
Digər Xəbərlər
10 Mart 2026 21:00
İran İsrailə ballistik raketlərlə hücum edir
10 Mart 2026 20:43
Putin Pezeşkianla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
10 Mart 2026 20:35
İmamoğlunun məhkəməsindən görüntüləri yayan şəxslərlə bağlı araşdırma başladıldı
10 Mart 2026 20:19
Zelenski və Ərdoğan İran ətrafındakı vəziyyəti müzakirə etdilər
10 Mart 2026 20:01
Uydurma tərcümeyi-halı ilə 350 milyon dollarlıq startapın baş direktoru oldu
10 Mart 2026 19:42
Merkel, Zelenski və Valensa Avropa Xidmət Ordeni ilə təltif olunublar
10 Mart 2026 19:22
"İranı məhv etmək istəyənlər tarixdən xəbərsizdir" - Pezeşkian
10 Mart 2026 19:16


Bakı -°C

