İsrail Ordusunun rəsmisi: ABŞ-nin İrana gecə zərbəsi bizimlə razılaşdırılıb
ABŞ-nin gecə İranın nüvə obyektlərinə endirdiyi zərbə İsrailin Müdafiə Ordusu ilə razılaşdırılıb.
Adalet.az “The Times of Israel”ə idtinadən xəbər verir ki, bu barədə İsrail Ordusunun nümayəndəsi, briqada generalı Efi Defrin bildirib.
Onun sözlərinə görə, İsrail Ordusunun baş qərargah rəisi, general-leytenant Eyal Zamir İranla müharibə başlayandan bəri amerikalı həmkarları ilə əlaqə saxlayır və koordinasiya son vaxtlar daha da yaxınlaşıb.
"Bizim planımız, hədəflərimiz var və bu məqsədlərə nail olmaq üçün daim çalışırıq. Məqsədlərə çatana qədər fəaliyyətimizə davam edəcəyik", - Defrin mətbuat konfransında deyib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkənin Hərbi Hava Qüvvələri İranda Fordo, Natanz və İsfahan da daxil olmaqla üç nüvə obyektinə uğurla hücum edib. İran tərəfi zərbələri təsdiqləyib, eyni zamanda Tehranın nüvə sənayesini inkişaf etdirməyə davam edəcəyini vurğulayıb.
Digər Xəbərlər
07 Fevral 2026 22:10
"Təbriklər, Amerika!" - Yenə özünü təriflədi
07 Fevral 2026 22:00
Hindistanda mədəndə güclü partlayış olub - Ölənlər var
07 Fevral 2026 21:00
NATO ölkələrinin birgə hərbi təlimləri keçiriləcək
07 Fevral 2026 20:38
Tramp Obama ailəsini meymuna bənzətməsindən danışdı
07 Fevral 2026 19:47
İsrail bu ölkənin artan hərbi imkanlarından narahatdır
07 Fevral 2026 19:11
Avropalı məmur və qızı Epşteynlə əlaqədə şübhəli bilinir
07 Fevral 2026 18:51
"Putin bu ərazidən əl çəkmir" - Ukrayna lideri
07 Fevral 2026 18:50


Bakı -°C

