İsrail Qəzzaya zərbələr endirdi: 10 ölü, 55 yaralı-YENİLƏNİB
İsrailin Qəzza zolağına həyata keçirdiyi hücumda qurbanların sayı durmadan artır.
Adalet.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada hücum nəticəsində həyatını itirənlərin sayının 10-a, yaralı sayının isə 55-ə yüksəldiyi bildirilib.
19:30
İsrailin Qəzza zolağına endirdiyi aviazərbələrin qurbanlarının sayı 7 nəfərə çatıb.
Adalet.az xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb.
Ölənlər arasında 5 yaşlı qızın da olduğu bildirilir. Bundan başqa, İsrail ordusunun anklav ərazisinə hücumları nəticəsində daha 40 nəfər yaralanıb.
Bundan əlavə, İslam Cihadının komandiri Taysir əl-Cəbarinin İsrail ordusunun zərbələrindən öldürüldüyü məlum olub.
İsrail ordusu Qəzza zolağında İslami Cihad əleyhinə “Sübh” əməliyyatı keçirdiyini açıqlamışdı. İsrail ordusu Qəzza zolağındakı hədəflərə zərbələr endirib. İsrailin özündə də Qəzza zolağı ətrafındakı 80 kilometrlik zonada fövqəladə vəziyyət tətbiq edilib.
Qeyd edək ki, “İslami Cihad” Rusiya Federasiyasında qadağan edilmiş terror təşkilatıdır.
18:51
İsrail Müdafiə Qüvvələri Qəzzada Fələstin İslami Cihad Təşkilatının birbaşa təhdidlərindən sonra Qəzza zolağına zərbələr endirir.
Adalet.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyindən açıqlama verilib.
"İsrail Müdafiə Qüvvələri Qəzzada Fələstin İslami Cihad Təşkilatının birbaşa təhdidlərinin ardınca Qəzza zolağına zərbələr endirir. Mülki məskunlaşma məntəqəsində xüsusi vəziyyət elan edilib. Hücumda 4 nəfər həyatını itirib, 19 nəfər yaralanıb".
Digər Xəbərlər
26 Dekabr 2025 20:33
Türkiyə, Misir, Somali və Cibuti İsrailin Somalilendi tanımaq qərarını pisləyiblər
26 Dekabr 2025 19:00
Rusiya Ukraynanın itkilərini yenilədi
26 Dekabr 2025 18:29
“Türkiyəyə qarşı Netanyahunun koalisiya planı uğurlu olmayacaq”
26 Dekabr 2025 16:54
İsraildə terror - Ölən və yaralananlar var
26 Dekabr 2025 13:53
Özbəkistandan tarixi uğur: ilk peyk və kosmonavtını kosmosa göndərir
26 Dekabr 2025 13:41
Türkiyədə terror planlaşdıran şəxs saxlanıldı
26 Dekabr 2025 10:52
Türkiyədə yenidən qanunsuz mərc oyunları ilə bağlı həbslər başladı
26 Dekabr 2025 10:46


Bakı -°C

