İsraildə terror - Ölən və yaralananlar var
İsrailin şimalında bir şəxs tərəfindən törədilən üç ayrı hücum nəticəsində iki nəfər ölüb.
Adalet.az xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.
Polis hücumu kombinə edilmiş terror aktı olaraq qiymətləndirir.
"Polis hücum edən şəxsi həbs edib, o üç ayrı hücum seriyası törədib - 68 yaşlı piyadanı avtomobillə vuraraq öldürüb və hadisə yerindən qaçıb. O həmçinin avtobus dayanacağında gənc qadına bıçaqla zərbələr vurub", - fövqəladə xidmətlər bildirib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, o, maşını qadının üstünə sürdükdən sonra maşından çıxıb və ona bıçaqla zərbələr vurub. Qadın xəstəxanada vəfat edib.
Bundan əlavə, şübhəli maşınla 16 yaşlı yeniyetməni də vurub, yeniyetmə yüngül xəsarətlər alıb./Report
Digər Xəbərlər
26 Dekabr 2025 13:53
Özbəkistandan tarixi uğur: ilk peyk və kosmonavtını kosmosa göndərir
26 Dekabr 2025 13:41
Türkiyədə terror planlaşdıran şəxs saxlanıldı
26 Dekabr 2025 10:52
Türkiyədə yenidən qanunsuz mərc oyunları ilə bağlı həbslər başladı
26 Dekabr 2025 10:46


Bakı -°C

