10 Aprel 2024 20:45
1037
SİYASƏT

İsrailin COP29 üzrə milli koordinatoru Azərbaycanda

İsrailin COP29 üzrə milli koordinatoru Karmela Şamir Azərbaycana səfər edib.

Adalet.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

“İsrailin COP29-da iştirakı üzrə milli koordinatoru Karmela Şamirin Bakıya səfərini başa çatdırmaqdan şadam! Enerjili görüşlər, uğurlu və yaddaqalan hadisə üçün zəmin hazırlığı. Biz İsrailin COP29-da yaxından iştirakını gözləyirik!”, - səfir  yazıb.