İsrailli jurnalistlərin Ağdama səfəri başa çatıb
İsrailli jurnalistlər işğaldan azad edilən Ağdama səfər edib.
Trend-in Qarabağ bürosunun məlumatına görə, İsrailin "Hayom" qazetinin müxbiri Dean Şumel Elmas və "The Jerusalem Post" və "The Jewish Press" qəzetlərinin siyasi şərhçisi Arye Qut Ağdamda səfərdə olublar.
İsrailli jurnalistlər Ağdam Cümə məscidində, Dram teatrında, Çörək muzeyi və İmarətdə Ermənistan tərəfindən törədilmiş dağıntılarla yerindəcə tanış olublar. Ağdam şəhidlər Xiyabanını ziyarət ediblər.
Qeyd edək ki, hər iki jurnalistin sabah Füzuli, Zəngilan və Qubadlıya da səfərləri baş tutacaq.
Digər Xəbərlər
03 May 2024 11:15
Güllüdüzü kəndi necə Vardahovit oldu? - Ermənilərin "qədimliyini" puç edən detallar
03 May 2024 10:00Azərbaycan və Türkiyəni birləşdirən 3 may ideyaları: Türkçülük - Turançılıq
02 May 2024 23:34Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO
02 May 2024 15:58Asiya İnkişaf Bankının Departament direktoru Azərbaycan Səhiyyə Nazirliyində olub
02 May 2024 15:48