Asiya İnkişaf Bankının Departament direktoru Azərbaycan Səhiyyə Nazirliyində olub
Azərbaycan Səhiyyə Nazirliyində Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya üzrə Sektor Qrupunun İnsan Kapitalı və Sosial İnkişaf Departamentinin direktoru Sofiya Şakil ilə görüş keçirilib.
Bu barədə Adalet.az-a nazirliyin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanla Asiya İnkişaf Bankı arasında səmərəli əməkdaşlığın olduğunu bildirərək, son illər birgə regional fəaliyyətin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb.
Mütərəqqi texnoloji həlldən istifadə səhiyyə sistemində aparılan islahatların əsasını təşkil etdiyini diqqətə çatdıran Teymur Musayev, sektorun təkmilləşdirilməsinin, xüsusilə də rəqəmsallaşmasının və insan kapitalının inkişaf etdirilməsi ölkəmiz üçün prioritet məsələ olduğunu bildirib. Nazirin sözlərinə görə, Asiya İnkişaf Bankı ilə müxtəlif sahələrdə əməkdaşlıq ölkəmizdə qabaqcıl beynəlxalq təcrübə baxımından xüsusi əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq, Səhiyyə Nazirliyi Asiya İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirməsinə önəm verir.
Səmimi qəbula görə minnətdarlığını bildirən AİB-nin Departament direktoru ölkəmizin səhiyyə sistemində aparılan innovativ islahatların dəstəkləndiyini vurğulayıb.
Sofiya Şakil Asiya İnkişaf Bankı tərəfindən Azərbaycanla 2024-2028-ci illər üçün Ölkə Tərəfdaşlığı Strategiyasının (ÖTS) həyata keçirməsinə başladığını qeyd edib. Onun sözlərinə görə, bu sənəd AİB-Azərbaycan tərəfdaşlığının uzunmüddətli prioritetlərini, o cümlədən səhiyyə sektorunda əməkdaşlıq hədəflərini müəyyən edir. Sofiya Şakil Asiya İnkişaf Bankı tərəfindən Azərbaycan səhiyyə sektoruna hər zaman dəstəklənməsinə hazır olduğunu da vurğulayıb.
Görüş zamanı ÖTS-nin növbəti dövrü ərzində potensial əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
21 Aprel 2026 12:35
Azərbaycandan Ermənistana 16 vaqon dizel yanacağı yola salındı - YENİLƏNİB
21 Aprel 2026 11:08
PREZİDENT QARABAĞI TİKİR, ƏLİ ƏSƏDOV İSƏ…
21 Aprel 2026 10:59
“Bu işdə valideynlərin və müəllimlərin üzərinə böyük məsuliyyət düşür”
21 Aprel 2026 10:54
TƏBİB-in yeni rəhbəri 17 gün əvvəl təyin olunan müşaviri işdən çıxardı - FOTO
21 Aprel 2026 10:16
“Azərsun Holdinq”in dəstəyi ilə “Vikipediya”nın 25 illiyi qeyd olunub - FOTOLAR
21 Aprel 2026 09:24
Bakıda metro xəttinin altından avtomobil yolu keçəcək - VİDEO
20 Aprel 2026 19:42
Bu ərazidə təmir-bərpa işləri başa çatdı
20 Aprel 2026 17:52


Bakı -°C

