İstintaq bitdi: "Sərxan"ın Azərbaycana casusluğu təsdiqləndi

Ötən aylarda xəbər vermişdik ki, Ermənilərin Qarabağdan çıxmasından sonra Xankəndidə qalan Sarkis Qalstyan 7 ay sonra Ermənistana qayıtdıqdan sonra casusluq ittihamı ilə həbs olundu.
Bu Qalstyanın həbsinin səs-küyə düşməsinin səbəbi odur ki, o qondarma “artsax respublikası”nda sıradan biri olmayıb.O, 2018-2023-cü illərdə Qarabağ işğaldaykən müxtəlif vəzifələrdə çalışıb. O cümlədən Şuşa rayon icra başçısının müavini, Hərbi Vətənpərvərlik, Gənclər, İdman və Turizm Nazirliyinin aparat rəhbəri, Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin aparat rəhbərinin müavini olub. Sonra da artsax “prezidenti”nin aparat rəhbərinin müavini işləyib. Bir sözlə, Azərbaycan Ordusu qondarma rejimə “nida”sını qoyana qədər vəzifələrdə çalışıb.
Bildiyiniz kimi Qalstyan martın 29-da Ermənistana qayıdıb, martın 30-da Azərbaycanın xeyrinə casusluq ittihamı ilə həbs edilib.
Ermənistan tərəfi Qalstyanın Xankəndidə Azərbaycan xüsusi xidmət orqanları tərəfindən "ələ alındığını” hesab edib. Ermənistan mediasında isə Qalstyanın Xankəndinin komendatı olacağına dair əsassız iddialar irəli sürülürdü. Ermənilər Qarabağı tərk etdikdən sonra Qalstyanın niyə Xankəndidə qalması şübələrlə doludur.
"Hraparak” nəşri yazırdı ki, Qalstyan ermənilərin geri qayıdacağına ümid edirmiş, bu müddətdə Bako Saakyanın evində qalıb, lakin "arzularının çin olmayacağını” anladıqdan sonra Ermənistana qayıtmaq qərarına gəlib.
Ona qarşı sürülən bu ittiham, ümumiyyətlə Xankəndidə nə işlə məşğul olması, Azərbaycanın, yoxsa Ermənistanın maraqlarına uyğun fəaliyyət göstərməsi ətrafında müəmmalar nəhayət ki, açılıb.
Adalet.az xəbər verir ki, Ermənistan İstintaq komitəsi açıqlama yayıb. Açıqlamada bildirir ki, Xankəndi sakini Sarqis Qalstyan 2020-ci ilin noyabr ayından “Sərxan” kod adı ilə Azərbaycanın xeyrinə casusluq edib: “Qarabağda hökm sürən hərbi vəziyyət və əhalinin sosial-psixoloji durumu barədə məlumatlandırılaraq, 2020-ci ilin noyabrında o, xarici dövlətin xüsusi kəşfiyyat xidmətinin əməkdaşı olan şəxslə əlaqə yaradıb. Sonuncudan casusluq etmək tapşırığını alan Qalstyan buna razılıq verib və beləliklə, xarici dövlətin xüsusi kəşfiyyat xidmətinin əməkdaşı tərəfindən işə götürülüb və bundan sonra “Sərxan” kod adını alıb”.
Açıqlamada o da qeyd edilir ki, Qalstyan Azərbaycanın xüsusi xidmət orqanlarına mütəmadi xəbərlər göndərib. 2020-2023-cü illərdə Qalstyan Azərbaycanın xüsusi xidmət orqanının əməkdaşına Qarabağdakı əhali, onların əhval-ruhiyyəsi, Ermənistan və artsax hakimiyyəti nümayəndələrinin artsax məsələsi ilə bağlı mövqeləri, Ermənistandan mümkün hərbi dəstək barədə məlumatları, eyni zamanda . 2023-cü ilin sentyabr hadisələri, əhalinin ehtiyaclarını ödəmək üçün lazım olan ərzaq və digər vəsaitlərin mövcudluğu, silahlanma, silahlı hücum halında mümkün müqavimət haqqında məlumatları qarşı tərəfə çatdırmaqda günahlandırılır:“2023-cü ilin sentyabrında erməni əhalisi Qarabağı tərk etdikdən sonra Xarici Kəşfiyyat Xidmətinin əməkdaşından Xankəndidə vəzifə təklifi alan “Sərxan” həyat yoldaşı ilə birlikdə şəhərdən getməyib”.
Sonrasıdaki, məlum. “Hraparak” deyib.
Axır ki, Qalstyan barəsində ittiham elan edilib, barəsində həbs-qətimkan tədbiri seçilib. Qalstyanla bağlı cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və ittiham aktı ilə birlikdə məhkəməyə göndərilmək üçün nəzarət edən prokurora göndərilib.
Əntiqə Rəşid
Digər Xəbərlər

FHN gücləndirilmiş iş rejimində çalışacaq

Sabahdan 12 günlük tətil başlayır

Ramazanın 19-cu günü: Dua, imsak və iftar vaxtı...

"Çarpayıda sümükləri qalmışdı, o mənim nənəm idi" - Prezidentlə dialoq

"Bizim kənddən bir adam fikirləşə bilmirdi ki, kimsə müxalifətçi olub" - Prezidentlə maraqlı dialoq

Prezident: Şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər

On bir gün gücləndirilmiş rejimdə işləyəcəklər - Faiq QİSMƏTOĞLU yazır
