İsveç parlamenti NATO üzvlüyünə səs verdi

Martın 22-də İsveç parlamenti ölkənin NATO-ya üzvlüyünə səs verib. Parlamentdə alyansla bağlı qanunvericiliyin müzakirəsindən sonra tarixi qərar çıxarılıb.
2022-ci ilin mayında Sosial Demokratların NATO-ya üzvlüklə bağlı mövqeyi dəyişdiyindən parlamentdə geniş əksəriyyət alyansa qoşulmaq istəyib.
Məsələ ilə bağlı yekun qərarın lehinə 269, əleyhinə isə 37 nəfər səs verib.
Bununla belə, İsveçin NATO-ya daxil olması üçün Türkiyə və Macarıstanın ölkənin müraciətini ratifikasiya etməsi tələb olunur.
Xatırladaq ki, Türkiyə XİN son olaraq İsveçin NATO-ya üzv olmaq üçün kifayət qədər səy göstərmədiyini bəyan edib.
Digər Xəbərlər

Bu ölkədə matəm elan olundu

Orbandan Tramp-Putin sammiti ilə bağlı açıqlama

"Türkiyə ilə çox yaxşı dialoqumuz var" - Mirzoyan

“Trampın fikrincə, Rusiya neft və qazını sata bilməsə, müharibəni...”

"ABŞ-nin köməyi ilə bu müharibəni dayandıra bilərik" - Zelenski

Ağ Evdə Tramp-Zelenski görüşü keçirildi - VİDEO + YENİLƏNİB

Səfərov qardaşları və digər azərbaycanlıların həbs müddəti uzadılıb
