İsveç və Finlandiya NATO-ya rəsmi mütaciət etdi

İsveç və Finlandiyanın səfirləri NATO-nun katibi Yens Stoltenberqə alyansa qəbulla bağlı rəsmi müraviətlərini təqdim edib. Təqdimat mərasimi təşkilatın Brüsseldəki qərərgah mənzilində baş tutub.
Bu günlərdə İsveçin hakim partiyası, hərbi bloka qoşulmsq üçün müraciət edəcəklərini bildirərək qeyd etmişdi ki, onların namizədliyi təsdiq olunacağı halda, ölkələrinin ərazilərində nüvə silahlarının və hərbi bazaların yerləşdirilməsinin əleyhinə olacaqlar. Elə həmin gün Finlandiya da Şimali Atlantika alyansına qoşulmaq üçün müraciət edib.
Rusiya prezidenti Vladimir Putin, finlanfiyalı həmkarı Sauli Niiniste ilə telefon danışığı zamanı Finladiya prezidentinin nəzərinə çatdırıb ki, ənənəvi neytralitet mövqelərindən çəkilməkdə böyük səhvə yol verirlər, çünki bu ölkənin təhlükəsizliyi üçün heç bir qorxu yoxdur. Bundan başqa Putin həmkarına bildirib ki, neytrallıq kurslarının dəyişdirilməsi, uzun illərdi iki dövlət arasında qurulan yaxın qonşuluq siyasətinə, və ümumolikdə Rusiya - Finlandiya münasibətlərinə ciddi zərbə vuracaq.
Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan İsveç və Finlandiya rəhbərlərinə müraciət edərək bəyan edib ki, havayı yerə əziyyət çəkməsinlər, Türkiyə NATO üzvü olaraq onların alyansa üzvülüyünə "hə" deməyəcək.
Rüstəm Hacıyev
Digər Xəbərlər

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 100-ü keçib

Ukraynada çoxsaylı vətəndaşlığa icazə verilib

Ermənistan Fransaya hərbi attaşe təyin edib

Ukraynada hərbi vəziyyətin müddəti uzadıldı

Danimarka, Niderland və İsveç Ukraynaya silah yardımına qoşulacaq

Türkiyənin hava məkanında rekord tranzit uçuş qeydə alındı

15 iyul Türkiyə üçün lakmus sınağı rolunu oynadı - Ərdoğan
