adalet.az header logo
  • Bakı -°C
11 Sentyabr 2026 17:11
40
GÜNDƏM
A- A+

Xarici diplomatlar Cıdır düzündə olublar

Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur rayonlarına ikigünlük səfəri çərçivəsində Cıdır düzündə (Şuşa şəhəri, Qarabağ bölgəsi) olublar.

Bu barədə Adalet.az Report-a istinadla xəbər verir.

Qonaqlar bu ərazinin tarixi-mədəni əhəmiyyəti və Cıdır düzündən açılan mənzərələrlə tanış olublar.

Cıdır düzü Şuşanın əsas görməli yerlərindən və şəhərin rəmzlərindən biri hesab olunur.