İtaliya-Azərbaycan əlaqələrinin uğurlu inkişafı
Bu inkişaf strateji tərəfdaşlığa böyük töhfədir.
Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev İtaliya Prezidentinin Azərbaycana birinci rəsmi səfərinin 7 il bundan əvvəl baş verdiyini bildirib. İtaliya Prezidentinin ölkəmizə səfəri onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq. Bizim görüşlərimiz tez-tez baş verir.
Prezident İlham Əliyev bildirib ki,”Bizim aramızda iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə imzalanmışdır. İkinci sənəd - Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanmışdır. Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir. Qeyd etdiyim kimi, biz tez-tez görüşürük. İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır.Energetika sahəsində bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik” Qeyd edək ki, 2020-ci ildən başlayaraq TAP layihəsi vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. Bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir. TAP-ın və Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır. Həmçinin elektrik enerjisi, o cümlədən Xəzərin dibi ilə Orta Asiyadan Azərbaycana və ondan sonra Avropa məkanına ötürüləcək elektrik enerjisi birgə əməkdaşlığın həcmini daha da artıracaq,mühüm nailiyyətlər əldə olunacaq. .
Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, “Keçən dəfə Prezident Mattarella Azərbaycanda səfərdə olanda biz birlikdə Sumqayıtda İtaliya şirkətləri tərəfindən inşa edilmiş böyük bir sənaye müəssisəsinin açılışında iştirak etdik. Bu səfər zamanı isə sabah İtaliya-Azərbaycan Universitetinin açılışını qeyd edəcəyik. Yəni, bu dinamika, bu əməkdaşlıq çərçivələrinin genişləndirilməsi ilk növbədə bizim səmimi münasibətlərimizdən xəbər verir. Yəni, energetika, sənaye sahəsindəki əməkdaşlıq humanitar sahədəki əməkdaşlığa da yol açdı.
Artıq İtaliya-Azərbaycan Universitetində yüzlərlə tələbə oxuyur və bu, bizim üçün yeni bir təhsil ocağı olacaq”. Görüş zamanı son vaxtlar Avropa İttifaqı-Azərbaycan əlaqələrində müsbətə doğru addımlar atıldığı vurğulanıb. Strateji tərəfdaşlığımızın həm rəsmi sənədlərdə, həm həyatda, praktik işlərdə özünü büruzə verdiyi bildirilib. Prezident İlham Əliyev tərəfindən2020-ci ildə İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü irəli sqrqlqb. Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanıb. İtaliya-Azərbaycan Universiteti binalarının təməli 2022-ci ildə hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Bakıda qoyulub.
Universitetə tələbə qəbulu 2023-cü ildən magistr səviyyəsində həyata keçirilir. Hazırda burada tədris olunan 8 bakalavr və 2 magistr proqramında 538 tələbə bakalavr, 102-si isə magistr səviyyəsində təhsil alır. İxtisaslardan 3-ü ikili diplom proqramıdır.Tədris korpusunda yerləşən “bazar meydanı” isə Azərbaycanın tarixi “İpək Yolu”nun bir hissəsi olduğunu əks etdirir. Universitetin tələbələri və müəllimləri ildə bir dəfə burada bir araya gələrək öz layihələri ilə yarışacaq və onları biznes mühitinə təqdim edəcəklər. Bu sərgilər yerli və beynəlxalq səviyyədə universitet-sənaye-dövlət arasında üçtərəfli əməkdaşlığa xidmət göstərəcək.
Onu da bildirək ki, layihənin icrası ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərir. İtaliya ilə dostluq,qardaşlıq münasibətləri isə Azərbaycan təhsilinin inkişafına töhfə verəcək.
Gülxarə Əhmədova,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər Xəbərlər
08 Noyabr 2025 08:42
Şanlı tariximizin Zəfər səhifəsi
08 Noyabr 2025 08:00
Hafiz Hüseynov: "Tarixi Zəfərimizin əsas memarı Müzəffər Ali Baş Komandan oldu"
07 Noyabr 2025 09:17
Şuşa – qəhrəmanlıq, mədəniyyət və qürur rəmzidir
06 Noyabr 2025 10:23
Zəfər Günü - Qəhrəmanlıq və Qürur Salnaməsi
05 Noyabr 2025 14:51
Azər Məmmədov: “İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz adını müasir hərb tarixinə...”
05 Noyabr 2025 08:37
Azərbaycan elminin yeni inkişaf istiqamətləri
05 Noyabr 2025 08:17
Yeni çağırışların fonunda Azərbaycan elmi
04 Noyabr 2025 08:42


Bakı -°C

